Əlixan Musayev:
Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı (Allahı görmək) vardır.
Bünyadov-Məmmədəliyev:
Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı (möminlərin təsəvvür edə bilmədikləri nemətlər, Allahın rizasını və s.) mövcuddur!
Elmir Quliyev
:
Там для них уготовано все, что пожелают, а у Нас — добавка (возможность взглянуть на Лик Аллаха).
Ələddin Sultanov:
Orada onlar üçün istədikləri hər şey var. Yanımızda isə daha çoxu var.
Kerbelayi Malik ağa:
Onlar üçün orada dilədikləri hər şey vardır. Dərgahımızda daha çoxu vardır.
Ələsgər Musayev:
Onlar üçün orada nə istəsələr və Bizim yanımızda əlavə.
A.Mehdiyev və D.Cəfərli:
Orada onlar üçün istədikləri (hər bir) şey vardır. Bizim yanımızda (onların təsəvvür və istəklərindən xaric) daha artıq (nemətlər) mövcuddur.
Kövsər Tağıyev:
Orada onların istədikləri hər şey var. Qatımızda daha artığı da var.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar üçün orada istədikləri şeylər vardır. Dərgahımızda isə daha artığı vardır.
Sabirə Dünyamalıyeva:
Orada onlar üçün istədikləri hər şey var. Hüzurumuzda bundan da artığı var.