Kəhf Surəsi 36. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
O Saatın gələcəyini zənn etmirəm. Rəbbimin dərgahına qaytarılmalı olsam, sözsüz ki, bundan daha firavan bir həyat qismətim olacaq!”
Bünyadov-Məmmədəliyev:
Qiyamətin qopacağını zənn etmirəm. Əgər (dediyim kimi, dirilib) Rəbbimin hüzuruna qaytarılsam, özümə bundan da yaxşı bir məskən (qayıdış yeri) taparam!”
Elmir Quliyev :
Я не думаю, что настанет Час. Если же меня возвратят к моему Господу, то по возвращении я обрету там нечто еще более прекрасное".
Ələddin Sultanov:
Qiyamətin qopacağını da zənn etmirəm. Əgər Rəbbimə qaytarılsam, şübhəsiz, (orada) bundan da yaxşı bir məskən taparam”.
Kerbelayi Malik ağa:
Mən (qiyamət) saatının gələcəyini zənn etmirəm. Əgər Rəbbimə döndərilsəm mütləq ondan daha xeyirlisinə dönüşmüş olanı (qayıdış yeri) taparam.
Ələsgər Musayev:
Zənn etmirəm ki, saat yetişə. Əgər Rəbbimin tərəfinə qayıdam, hökmən bundan xeyirli qayıdış taparam!»
A.Mehdiyev və D.Cəfərli:
«Həmçinin Qiyamətin qopmasını (da) güman etmirəm. Əgər Rəbbimin hüzuruna qaytarılsam da, şübhəsiz (o aləmdə) bundan daha yaxşı dönüş yeri tapacağam».
Kövsər Tağıyev:
“Qiyamətin baş verəcəyini sanmıram. Rəbbimin hüzuruna qaytarılsam belə, and olsun, bundan daha yaxşı bir aqibət görərəm”.
M.Qənioğlu və T.Bilaloğlu:
O, öz-özünə haqsızlıq edərək bağına daxil oldu dedi: "Zənn etmirəm ki, bu bir vaxt məhv olub gedə.
Sabirə Dünyamalıyeva:
Deyək ki, Rəbbimə geri qaytarıldım, həqiqətən orada bundan daha yaxşı bir nəticə əldə edərəm" dedi.