Əlixan Musayev:
(İsa dedi:) “Həqiqətən, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Elə isə yalnız Ona ibadət edin! Düz yol da budur”.
Bünyadov-Məmmədəliyev:
(İsa sonra belə dedi: ) “Allah mənim də, sizin də Rəbbinizdir. Yalnız Ona ibadət edin. Bu, doğru yoldur!”
Elmir Quliyev
:
Иса (Иисус) сказал: "Воистину, Аллах — мой Господь и ваш Господь. Поклоняйтесь же Ему. Это и есть прямой путь".
Ələddin Sultanov:
Şübhəsiz ki, Allah mənim də, sizin də Rəbbinizdir. Elə isə Ona ibadət edin! Doğru yol budur!”
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Allah mənim də Rəbbim, sizin də Rəbbinizdir. O halda Ona qul olun! Bu Sirati Müstəqimdir.
Ələsgər Musayev:
Həqiqətən, Allah Rəbbimdir və Rəbbinizdir və ibadət edin
Ona. Budur düz yol!
A.Mehdiyev və D.Cəfərli:
(İsa dedi:) Və şübhəsiz, Allah həm mənim Rəbbim, həm də sizin Rəbbinizdir. Buna görə də Ona ibadət edin. Doğru yol budur!
Kövsər Tağıyev:
Şübhəsiz, Allah mənim də Rəbbimdir, sizin də. Elə isə (yalnız) Ona qulluq edin. Bu, doğru bir yoldur.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, Allah mənim və sizin Rəbbinizdir. Ona ibadət edin! Düz yol budur!
Sabirə Dünyamalıyeva:
Allah mənim Rəbbimdir, sizin də Rəbbinizdir. O halda, Ona bəndəlik edin, bax bu, ən doğru yoldur.