Əlixan Musayev:
Şeytan isə (ağaca yaxınlaşdırmaqla) onları aldadıb olduqları yerdən çıxartdı. Biz dedik: “Bir-birinizə düşmən olaraq aşağı enin! Yerdə sizin üçün müəyyən (olunmuş) vaxtadək məskən və gün-güzəran vardır”.
Bünyadov-Məmmədəliyev:
(Lakin) Şeytan onları azdırıb (buğdadan yedizdirməklə nemətlər içində) olduqları yerdən uzaqlaşdırdı. Biz də (Adəmə, Həvvaya və Şeytana): “Bir-birinizə düşmən kəsilərək (buradan kənar olub yer üzünə) enin! Yerdə sizin üçün müəyyən vaxta qədər (ömrünüzün axırınadək) sığınacaq və yaşayış (dolanacaq) vasitələri var”, -dedik.
Elmir Quliyev
:
Дьявол же побудил их споткнуться о него и вывел их оттуда, где они находились. И тогда Мы сказали: "Низвергнитесь и будьте врагами друг другу! Земля будет для вас обителью и предметом пользования до определенного срока".
Ələddin Sultanov:
Lakin şeytan onları çaşdırdı və məskunlaşdıqları yerdən (cənnətdən) çıxartdı. Biz də: “Bir-birinizə düşmən olaraq yer üzünə enin və müəyyən bir vaxta qədər orada yaşayıb dolanın!” - dedik.
Kerbelayi Malik ağa:
Lakin şeytan ikisini də oradan uzaqlaşdırdı. Beləcə ikisini də içində olduqları yerdən (nemətdən) çıxartdı. 'Bir-birinizə düşmən olaraq (dünyaya) enin. Sizin üçün müəyyən bir zamana qədər yer üzündə sığınacaq və faydalanma (dolanışığı təmin etmək) vardır.' dedik.
Ələsgər Musayev:
Zəlil etdi hər ikisini şeytan ondan və xaric
etdi hər ikisini nədən ki oldular orada Və dedik Biz: «Düşün
bəziniz bəziniz üçün ədavətlə! Və sizin üçün ərzdə qərar
tutacağınız yer və mətah tərəfinə müəyyən vaxtın!»
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, şeytan o ikisini həmin ağac vasitəsi ilə azdırdı və onları olduqları yerdən (kəramət zirvəsindən və nemətlər məkanından) çıxartdı. Biz dedik: «(Şeytanla birlikdə bu məkan və məqamdan) həmişəlik bir-birinizə düşmən olaraq yerə enin. Yerdə sizin üçün müəyyən bir zamanadək sığınacaq və yaşayış vasitələri olacaqdır. (Onun zamanı hər bir bəşər övladı üçün ömrünün müddəti, bütün bəşər nəsli üçün isə dünyanın sonuna qədərdir.)
Kövsər Tağıyev:
Sonra şeytan onları yoldan azdırdı. Onları olduqları yerdən çıxardı. Bundan sonra biz də: “Bir-birinizə düşmən olaraq enin! Sizin üçün yer üzündə müəyyən bir vaxta qədər sığınacaq və dolanacaq var”, – dedik.
M.Qənioğlu və T.Bilaloğlu:
Şeytan isə onları yoldan azdırdı. Beləliklə də O, onları qaldıqları yerdən çıxartdı. Biz dedik: "Bir-birinizə düşmən kəsilib (yerə) enin ! Yer üzündə sizin üçün müəyyən vaxta kimi qərar tuta biləcəyiniz məkan və faydalanılası şeylər vardır."
Sabirə Dünyamalıyeva:
Belə olduqda şeytan; İblis/zehin qabiliyyəti onları oradan uzaqlaşdırdı, o mühitdən çıxartdı. Və Biz: "Bir-birinizə düşmən olaraq enin, orada müəyyən bir vaxta qədər sizin üçün qərar tutacağınız bir yer və bir bəhrələnmə [imkanı] var" dedik.