Nəml Surəsi 36. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Elçilər) Süleymanın yanına gəldikdə o dedi: “Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə bəxş etdiyi sizin verdiyinizdən daha yaxşıdır. Siz isə ancaq öz bəxşişlərinizlə fərəhlənirsiniz.
Bünyadov-Məmmədəliyev:
(Elçibaşı Bəlqisin göndərdiyi hədiyyə ilə) Süleymanın yanına gəldikdə o dedi: “Siz mənə mal-dövlətləmi yardım edirsiniz? Allahın mənə verdiyi (peyğəmbərlik, səltənət) sizə verdiyindən (dünya malından) daha yaxşıdır. Amma siz (dünyanın bərbəzəyinə aldanıb) öz hədiyyələrinizlə sevinirsiniz.
Elmir Quliyev :
Когда они прибыли к Сулейману (Соломону), он сказал: "Неужели вы можете помочь мне богатством? То, что даровал мне Аллах, лучше того, что Он даровал вам. Нет, это вы радуетесь преподнесенным вам дарам.
Ələddin Sultanov:
(Elçi hədiyyə ilə) Süleymanın hüzuruna gəldiyi zaman o belə dedi: “Siz mənə mal-mülkləmi yardım edirsiniz? Allahın mənə verdiyi sizə verdiyindən daha yaxşıdır. Bu hədiyyələrinizlə siz sevinirsiniz.
Kerbelayi Malik ağa:
Bunun üzərinə (rəsullar hədiyyələrlə) Süleymana (ə.s) gəldikləri zaman (Süleyman ə.s): ‘Mənə mal ilə yardımmı edirsiniz? Allahın mənə verdiyi sizə verdiyi şeylərdən daha xeyirlidir. Xeyr, siz hədiyyənizlə sevinirsiniz (öyünürsünüz).’ dedi.
Ələsgər Musayev:
Amma elə ki, gəldi Süleymanın yanına, dedi: «Ə, siz mənə bu mal-dövlətləmi imdad edirsiniz? ki, əta edib mənə Allah, xeyirlidir nədən ki, əta edib sizə. Bəli, sizsiniz ki, öz hədiyyələrinizlə fərəhlənirsiniz.
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə, (elçi) Süleymanın yanına gəldikdə (və hədiyyəni təqdim etdikdə, Süleyman) dedi: «Yoxsa mənə (azacıq) bir mal ilə yardım edirsiniz? Halbuki Allahın mənə verdiyi (peyğəmbərlik, səltənət) sizə verdiyindən daha yaxşıdır; (hədiyyənin dəyərsizliyi bir yana dursun) hələ bir siz öz hədiyyənizlə sevinirsiniz».
Kövsər Tağıyev:
(Elçilərin təmsilçisi) Süleymanın hüzuruna gəldikdə Süleyman ona belə dedi: “Siz mənə mal-dövlət ilə yardım etmək (və beləliklə, məni təsir altına almaq) istəyirsiniz? Halbuki Allahın mənə verdiyi sizə verdiyindən daha xeyirlidir. Lakin hədiyyənizlə ancaq siz sevinirsiniz”.
M.Qənioğlu və T.Bilaloğlu:
Elə ki, o [qasid], Süleymanın yanına gəldi Süleyman dedi: "Siz mənə mal-dövlət verirsiniz? Axı Allahın mənə əta etdiyi sizə verdiyindən daha yaxşıdır. Siz isə ancaq öz hədiyyənizlə fərəhlənirsiniz.
Sabirə Dünyamalıyeva:
Elçi Süleymana gəldikdə, Süleyman, "Siz mənə mal-dövlətlə yardım etməkmi istəyirsiniz? Baxın, Allahın mənə bəxş etdikləri, sizə bəxş etdiklərindən daha yaxşıdır. Əksinə, siz hədiyyələrinizlə təkəbbür göstərirsiniz.