Əlixan Musayev:
Musa onların yanına açıq-aydın dəlillərimizlə gəldikdə onlar: “Bu ancaq uydurulmuş bir sehrdir. Biz ulu babalarımızdan belə bir şey eşitməmişik”– dedilər.
Bünyadov-Məmmədəliyev:
Musa açıq-aşkar ayələrimizlə (Firon əhlinin) yanına gəldikdə onlar: “Bu (sənin tərəfindən) uydurulmuş sehrdən başqa bir şey deyildir. Biz öz ulu babalarımızdan bu barədə (sizin təbliğ etdiyiniz din, risalət haqqında) heç bir şey eşitməmişik!” – dedilər.
Elmir Quliyev
:
Когда Муса (Моисей) явился к ним с Нашими ясными знамениями, они сказали: "Это — всего лишь вымышленное колдовство. Мы не слышали об этом от наших праотцев".
Ələddin Sultanov:
Musa açıq-aşkar möcüzələrimizlə onların yanına gəldiyi zaman onlar: “Bu ancaq uydurulmuş bir sehrdir. Biz ulu babalarımızdan da bu barədə bir şey eşitməmişik”, - dedilər.
Kerbelayi Malik ağa:
Beləcə Musa (ə.s), açıq-aşkar ayələrimizi gətirdiyi zaman: ‘Bu, uydurulmuş sehrdən başqa bir şey deyil və biz əvvəlki atalarımızdan bunu eşitmədik.’ dedilər.
Ələsgər Musayev:
Amma el? ki, g?ldi Musa onlar?n yan?na ayd?n ay?tl?rimizl?, dedil?r: «Bu, ancaq iftira edilmis sehrdir. Biz esitm?misik bu haqda ?vv?lki atalar?m?zdan!»
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə Musa Bizim aydın ayələrimizi onlara gətirdikdə, dedilər: «Bu uydurulmuş (quraşdırılmış) sehrdən başqa bir şey deyildir və biz belə bir şeyi (tovhidə dəvəti) öz ata-babalarımız arasında eşitməmişik».
Kövsər Tağıyev:
Musa onlara dəlillərimizi açıq-aşkar gətirdikdə onlar: “Bu, sadəcə uydurulmuş bir sehrdir. Biz keçmiş atalarımızın zamanında belə bir şeyin varlığını eşitmədik”, – dedilər.
M.Qənioğlu və T.Bilaloğlu:
Musa Bizim aydın möcüzələrimizi onlara gətirəndə onlar dedilər. “Bu, ancaq uydurulmuş bir sehrbazlıqdır. Bunun barəsində biz ata- babalarımızdan (bir şey) eşitməmişik."
Sabirə Dünyamalıyeva:
Musa açıq-aşkar işarələrimiz/nişanlarımız ilə onların yanına gəldikdə, "Bu, yalnız uydurulmuş, təsirli məlumatlardır. Və biz keçmişdəki əcdadımızdan bunu eşitməmişdik" dedilər.