Ənkəbut Surəsi 36. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Mədyən əhalisinə qardaşları Şueybi (göndərdik.) O dedi: “Ey qövmüm! Allaha ibadət edin, Axirət gününə ümid bəsləyin yer üzündə fəsad yayaraq pis işlər görməyin”.
Bünyadov-Məmmədəliyev:
Mədyənə qardaşları Şüeybi (peyğəmbər göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin! Qiyamət gününə inanın! (Dünyada ibadət etməklə qiyamət gününə ümid bəsləyib savab işlər görün. Onun əzabından qorxun!) Yer üzündə fitnə-fəsad törətməyin!”
Elmir Quliyev :
Мы отправили к мадьянитам их брата Шуейба, и он сказал: мой народ! Поклоняйтесь Аллаху, надейтесь на Последний день и не творите на земле зла, распространяя нечестие".
Ələddin Sultanov:
Mədyənə qardaşları Şüeybi (peyğəmbər göndərdik). O: “Ey qövmüm, Allaha ibadət edin! Qiyamət gününə ümid bəsləyin yer üzündə fitnə-fəsad çıxararaq qarışıqlıq törətməyin!” - demişdi.
Kerbelayi Malik ağa:
Mədyən (xalqına) onların qardaşı Şuaybı (göndərdik). Ozaman onlara: ‘Ey qövmüm! Allaha qul olun axirət gününü diləyin. Yer üzündə fəsad çıxararaq azğınlıq etməyin.’ dedi.
Ələsgər Musayev:
Mədyənə tərəf onların qardaşı Şuəybi dedi: «Ay qoumum! Ibadət edin Allaha. Axır günə ümidiniz olsun asi olmayın ərzdə fəsad edərək!»
A.Mehdiyev və D.Cəfərli:
Mədyən (əhlin)ə onların (qəbilə) qardaşları Şüeybi (göndərdik). O, dedi: «Ey mənim qövmüm! Allaha ibadət edin axirət gününə ümidiniz (və imanınız) olsun yer üzündə fəsad törədici hərəkət etməyin».
Kövsər Tağıyev:
Mədyənə qardaşları Şüeybi peyğəmbər olaraq göndərdik. Şüeyb: “Ey qövmüm! Allaha qulluq edin. Axirət gününə ümid edin yer üzündə fitnə-fəsad törədərək hərc-mərclik salmayın”, dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Mədyən əhlinə isə onların qardaşı Şüeybi (peyğəmbər göndərdik). O dedi: "Ey camaatım! Allaha ibadət edin, axirət gününə ümid bağlayın yer üzündə fitnə-fəsad yayaraq gəzib dolaşmayın."
Sabirə Dünyamalıyeva:
Mədyənə qardaşları Şüeybi göndərdik. Sonra Şüeyb: "Ey qövmüm! Allaha ibadət edin, axirət gününə ümid edin, yer üzündə fitnəçilər olaraq qarma-qarışıqlıq yaratmayın!" dedi.