Əlixan Musayev:
İnsanlara mərhəmət göstərdikdə ona sevinərlər. Öz əlləri ilə etdikləri günahlara görə onlara bir bəla üz verdikdə isə dərhal ümidlərini üzərlər.
Bünyadov-Məmmədəliyev:
İnsanlara bir mərhəmət (firavan həyat, sağlamlıq, cah-calal) daddırdığımız zaman ona sevinərlər. Onları öz əlləri ilə etdikləri əməllərə (qazandıqları günahlara) görə bir müsibətə düçar etdikdə isə dərhal məyus olarlar (hər şeydən ümidlərini üzərlər).
Elmir Quliyev
:
Когда Мы даем людям вкусить милость, они радуются ей. Когда же зло постигает их за то, что приготовили их руки, они тотчас приходят в отчаяние.
Ələddin Sultanov:
İnsanlara bir mərhəmət daddırdığımız zaman ona görə sevinərlər. Əgər etdikləri (pis əməllər) səbəbilə başlarına bir müsibət gələrsə, dərhal ümidsizliyə düşərlər.
Kerbelayi Malik ağa:
İnsanlara rəhmət daddırdığımız zaman onunla fərəhlənərlər (sevinərlər). Əgər əlləri ilə təqdim etdiklərinə (etdiyi əməllərinə) görə onlara bir pislik üz versə, o zaman onlar ümidsizliyə düşərlər.
Ələsgər Musayev:
Onda ki, Biz daddırırıq insanlara
rəhmət, onunla fərəhlənirlər. Və əgər isbatdır onlara pislik nə
ilə ki, hazırlayıb əlləri, onda ki, onlar ümidsiz olurlar!
A.Mehdiyev və D.Cəfərli:
İnsanlara (əmin-amanlıq, ruzi bolluğu kimi) hər hansı bir mərhəmət dadızdırdığımız zaman ona çox sevinərlər. Öz əlləri ilə etdikləri günahlara görə onlara bir ziyan yetişdikdə, dərhal (Haqqın rəhmətindən də) məyus olarlar. (Bu halların hər ikisi də pisdir.)
Kövsər Tağıyev:
İnsanlara bir rəhmət daddırdığımız zaman ona sevinirlər. Əgər öz əməlləri səbəbi ilə başlarına bir pislik gəlsə, ümidsizliyə düşərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz insana bir mərhəmət daddırdıqda ona sevinirlər. Əllərilə törətdikləri əməllərə görə onlara bir bədxahlıq üz verəndə isə onlar dərhal ümidsizliyə qapılırlar.
Sabirə Dünyamalıyeva:
Biz insanlara bir rəhmət daddırsaq, onunla sevinib yoldan çıxırlar. Öz əlləri ilə qabaqcadan etdikləri işlər səbəbiylə onlara bir pislik üz versə, dərhal ümidsizliyə düşürlər.