Əlixan Musayev:
De: “Həqiqətən, Rəbbim istədiyinin ruzisini bol edər, (istədiyininkini də )azaldar. Lakin insanların çoxu (bunu) bilmir”.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) De: “Rəbbim istədiyinin ruzisini artırar və (istədiyininkini də) azaldar. Lakin insanların əksəriyyəti (bunu) bilməz!”
Elmir Quliyev
:
Скажи: "Воистину, мой Господь увеличивает или ограничивает удел тому, кому пожелает, но большинство людей не знает этого".
Ələddin Sultanov:
De: “Həqiqətən, Rəbbim istədiyinin ruzisini artırar, istədiyinin ruzisini də azaldar. Lakin insanların çoxu bunu bilmir”.
Kerbelayi Malik ağa:
De ki: ‘Şübhəsiz ki, mənim Rəbbim dilədiyi kimsənin ruzisini artırar və azaldar. Lakin insanların çoxu bilməzlər.’
Ələsgər Musayev:
De: «Həqiqətən, Rəbbim kimə istəsə
ruzisini genişləndirər və qədərində edər və lakin əksəriyyəti
insanların bilməzlər!»
A.Mehdiyev və D.Cəfərli:
De: «Həqiqətən, mənim Rəbbim (ümumun mənafeyinə və quruluşun zərurətinə əsasən) istədiyi şəxs üçün ruzini bol edər və azaldar. (Bunlar həmin şəxslərə qarşı məhəbbətin və nifrətin əlaməti deyildir) və lakin insanların çoxu (bunu) bilmir».
Kövsər Tağıyev:
Ey Muhamməd de ki: “Şübhəsiz, Rəbbim istədiyinə ruzini bol verər və (istədiyindən də) azaldar. Lakin insanların çoxu bilməz”.
M.Qənioğlu və T.Bilaloğlu:
De: “Həqiqətən, Rəbbim istədiyi kəsə bol, istədiyi kəsə az ruzi verir, amma insanların çoxu bilmir."
Sabirə Dünyamalıyeva:
De ki: "Şübhəsiz ki, mənim Rəbbim istədiyi kimsənin ruzisini artırar və məhdudlaşdırar. Lakin insanların çoxu bilmir."