Əlixan Musayev:
Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Çünki O, Eşidəndir, Biləndir.
Bünyadov-Məmmədəliyev:
Əgər sənə Şeytandan (bu xislətə mane olan) bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!
Elmir Quliyev
:
А если тебя коснется наваждение от дьявола, то прибегай к защите Аллаха, ибо Он — Слышащий, Знающий.
Ələddin Sultanov:
Əgər sənə şeytandan bir vəsvəsə gələrsə, dərhal Allaha sığın! Şübhəsiz ki, O, hər şeyi eşidəndir, biləndir.
Kerbelayi Malik ağa:
Amma şeytandan sənə mütləq vəsvəsə gələcəkdir. O zaman Allaha sığın. Şübhəsiz ki, O, ən yaxşı eşidən, ən yaxşı biləndir.
Ələsgər Musayev:
Nə vaxt ki, endirilir sənin üzərinə hər hansı bir xoşa gəlməz
şeytandan, onda pənah apar Allah ilə, həqiqətən, O – O
Səmidir, Alimdir!
A.Mehdiyev və D.Cəfərli:
Əgər şeytan tərəfindən bir vəsvəsə səni (vəzifənə əməl etməməyə) təhrik etsə, onda Allaha pənah apar. Çünki (hər şeyi) eşidən və bilən Odur.
Kövsər Tağıyev:
Əgər şeytandan gələn pis bir düşüncə sənə vəsvəsə versə, dərhal Allaha sığın. Çünki O, haqqı ilə eşidəndir, haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər sənə şeytandan bir vəsvəsə [azdırma] gələrsə, onda Allahdan kömək dilə. Axı O, eşidəndir, hər şeyi biləndir.
Sabirə Dünyamalıyeva:
Və əgər şeytandan gələn pis bir düşüncə səni təhrik etsə, dərhal Allaha sığın. Şübhəsiz ki, ən yaxşı eşidən və ən çox bilən məhz O Özüdür.