Əlixan Musayev:
Sizə verilən hər bir şey dünya həyatının keçici zövqüdür. Allahın yanında olanlar isə daha xeyirli və daha sürəklidir. (Bunlar) iman gətirib öz Rəbbinə təvəkkül edənlər üçündür.
Bünyadov-Məmmədəliyev:
Sizə verilən hər hansı bir şey fani dünya malıdır. Allah yanında olan (axirət mükafatları) isə daha yaxşı və daha baqidir. O kəslər üçün ki, iman gətirib öz Rəbbinə təvəkkül edərlər;
Elmir Quliyev
:
Все, что даровано вам, является преходящим благом мирской жизни. А то, что есть у Аллаха, будет лучше и долговечнее для тех, которые уверовали и уповают на своего Господа,
Ələddin Sultanov:
Sizə verilənlər dünya həyatının dolanacağıdır. Ancaq Allah yanındakı (mükafat) iman gətirib Rəbbinə təvəkkül edənlər üçün daha yaxşı və əbədidir.
Kerbelayi Malik ağa:
Beləcə sizə verilən hər şey dünya həyatının malıdır. Amənu olanlar üçün Allahın dərgahında olanlar daha xeyirlidir və baqidir (əbədidir). Onlar Rəblərinə təvəkkül edərlər.
Ələsgər Musayev:
Nə ki, sizə verilir şeydən, mətahıdır dünya həyatının. Və
nə ki, yanındadır Allahın, xeyirlidir və baqidir o kəslər üçün ki,
inandılar və üzərinə Rəblərinin təvəkkül etdilər
A.Mehdiyev və D.Cəfərli:
Buna görə də (müvəqqəti həyatın müxtəlif vasitələrindən) sizə verilənlər dünya həyatının pay və malıdır. Allahın yanında olanlar (axirət mükafatları) iman gətirib öz Rəbblərinə təvəkkül edənlər üçün daha yaxşı və sürəklidir.
Kövsər Tağıyev:
(Dünyada) sizə verilən hər şey bu dünya həyatının mənfəətidir. Allahın yanında olanlar isə daha xeyirli və əbədidir.
M.Qənioğlu və T.Bilaloğlu:
Sizə verilmiş hər bir şey bu dünya həyatının ötəri ləzzətidir. Allahın dərgahında olanlar isə daha yaxşı və daha uzun müddətlidir; o kəslər üçün ki, onlar iman gətirib öz Rəbbinə təvəkkül edirlər,
Sabirə Dünyamalıyeva:
Bax budur, sizə verilən hər hansı bir şey, fani dünya həyatının qazancıdır. Sadəcə, dünya həyatının keçici bir mənfəətidir.