Əlixan Musayev:
(Sənin çağırışını) ancaq (diqqətlə) dinləyənlər qəbul edər. Ölülərə gəldikdə isə, Allah onları dirildəcək, sonra da onlar Onun hüzuruna qaytarılacaqlar.
Bünyadov-Məmmədəliyev:
(Sənin dəvətini) ancaq cani-dildən eşidənlər qəbul edər. Ölüləri də Allah dirildər. Sonra onlar Allahın hüzuruna qaytarılar.
Elmir Quliyev
:
Отвечают только те, кто внимает. А мертвых Аллах воскресит, после чего они будут возвращены к Нему.
Ələddin Sultanov:
Ancaq (səmimi-qəlbdən) qulaq asanlar dəvəti qəbul edər. Ölülərə gəldikdə, Allah onları dirildəcək, sonra Ona (Onun hüzuruna) qaytarılacaqlar.
Kerbelayi Malik ağa:
(Dəvəti) ancaq eşidənlər qəbul edər. Allah ölüləri (ölü olan səmi adlı eşitmə xassəsini, ölü olan fuad adlı idrak xassəsini, ölü olan bəsər adlı görmə xassəsini) dirildər. Sonra Ona qaytarılarlar.
Ələsgər Musayev:
Həqiqətən, cavab verər o kəslər ki, eşidirlər və ölüləri - qaldıracaq onları Allah, sonra Ona tərəf qayıdacaqlar!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən (sənin dəvətinə) yalnız (kəlamı idrak və düşüncə ilə) eşidənlər (müsbət) cavab verərlər. (Bu üz döndərənlər isə ölüdürlər) və ölüləri Allah (Qiyamətdə) dirildəcək, sonra onlar (hesab aparılmaq üçün) Allah(ın hüzurun)a tərəf qaytarılacaqlar.
Kövsər Tağıyev:
(Dəvəti) ancaq (bütün qəlbi ilə) qulaq asanlar qəbul edər. (Qəlbən) ölüləri isə (yalnız) Allah dirildər. Sonra da hamısı Ona qaytarılar.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, ancaq eşidənlər cavab verər. Ölüləri isə Allah dirildər, sonra da onlar Ona qaytarılarlar.
Sabirə Dünyamalıyeva:
Ancaq eşidənlər cavab verər. Ölülərə [gəldikdə isə] onları da Allah dirildəcəkdir. Sonra yalnız Allahın hüzuruna qaytarılacaqlar.