Əlixan Musayev:
Yer üzündə təkəbbürlə gəzmə. Çünki sən nə yeri yara bilər, nə də yüksələrək dağlara çata bilərsən.
Bünyadov-Məmmədəliyev:
Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər, nə də (boyca) yüksəlib dağlara çata bilərsən
Elmir Quliyev
:
Не ступай по земле горделиво, ведь ты не пробуришь земли и не достигнешь гор высотой!
Ələddin Sultanov:
Yer üzündə təkəbbürlənərək gəzmə! Şübhəsiz ki, sən nə yeri yara bilərsən, nə də ucalıq baxımından dağlara çata bilərsən.
Kerbelayi Malik ağa:
Yer üzündə əzəmətlə (təkəbbür və qürurla) yerimə! Şübhəsiz ki, sən yer üzünü əsla yara bilməzsən və əsla yüksəlib dağlara çata bilməzsən.
Ələsgər Musayev:
Ərzdə ifadə ilə gəzmə, həqiqətən,
sən ərzi dəlib keçən deyilsən və dağların ucalığına yetişən
deyilsən.
A.Mehdiyev və D.Cəfərli:
Və yer üzündə təkəbbür və məğrurluqla yol getmə. Çünki sən (nə qədər qüvvətli olsan da) heç vaxt (öz addımlarınla) yeri yara bilməz və heç vaxt ucalıqda dağlara çata bilməzsən.
Kövsər Tağıyev:
Yer üzündə lovğa-lovğa yerimə. Çünki sən yeri əsla yara bilməzsən, boyca dağlara çata bilməzsən.
M.Qənioğlu və T.Bilaloğlu:
Yer üzündə təkəbbürlü gəzmə. Axı sən nə yeri yarıb onun dərinliyinə vara bilərsən, nə də ucalıqda dağlara çata bilərsən.
Sabirə Dünyamalıyeva:
Və yer üzündə təkəbbürlə və əzəmətlə gəzib dolanma! Şübhəsiz ki, sən əsla yeri yara bilməz və boyda da dağlara çata bilməzsən.