Əlixan Musayev:
Onunla söhbət edən yoldaşı isə dedi: “Səni torpaqdan, sonra nütfədən yaratmış, daha sonra səni kişi qiyafəsinə salmış (Rəbbini) inkarmı edirsən?
Bünyadov-Məmmədəliyev:
Onunla söhbət edən (mömin) yoldaşı isə belə dedi: “Əvvəlcə səni (baban Adəmi) torpaqdan, sonra bir qətrə sudan (mənidən) yaratmış, daha sonra səni adam şəklinə (insan qiyafəsinə) salmış Allahı inkarmı edirsən?
Elmir Quliyev
:
Товарищ его, беседуя с ним, сказал: "Неужели ты не веруешь в Того, Кто сотворил тебя из земли, потом — из капли, а потом сделал тебя мужчиной?
Ələddin Sultanov:
Onunla söhbət edən yoldaşı ona dedi: “Səni torpaqdan, sonra nütfədən yaradan, sonra da səni insan surətinə salan Allahı inkarmı edirsən?
Kerbelayi Malik ağa:
Onunla söhbət edən yoldaşı ona dedi ki: ‘Səni torpaqdan sonra bir nütfədən yaradan sonra da səni bir adam şəklinə səvva (dizayn) edəni (Allahı) inkarmı edirsən?’
Ələsgər Musayev:
Yoldaşı söhbət əsnasında ona
dedi: «Ə, sən kafir olursan O kəsə ki, xəlq etdi səni torpaqdan,
sonra nütfədən, sonra səni kamil bir kişi etdi?
A.Mehdiyev və D.Cəfərli:
Onunla söhbət etməkdə olan (mömin) yoldaşı (Qiyamətin inkarını rədd edərək) ona dedi: «Səni torpaqdan, sonra isə nütfədən yaradan, daha sonra kamil bir kişi surətinə salana küfr etdin?» (Özünün və zahiri səbəblərin müstəqil olması etiqadı ilə Qiyaməti inkar etmək Allah qarşısında rübubiyyətdə şirk və haqqa küfr etməkdir).
Kövsər Tağıyev:
Yoldaşı ona cavab verərək dedi: “Səni torpaqdan, sonra bir damla nütfədən yaradan, sonra isə səni (nöqsansız şəkildə) bir insan surətinə salan Allahı inkar edirsən?”
M.Qənioğlu və T.Bilaloğlu:
Zənn etmirəm ki, qiyamət qopa. Əgər mən öz Rəbbimə qaytarılsam, mütləq bundan da yaxşı bir aqibət taparam."
Sabirə Dünyamalıyeva:
Yoldaşı ona belə dedi: "Səni torpaqdan, sonra bir qətrə sudan əmələ gətirənə, daha sonra da səni yetkin insan halına gətirənə inanmırsan?