Əlixan Musayev:
Sonra firqələrin arasında ziddiyyət düşdü. Böyük günü görəcək kafirlərin vay halına!
Bünyadov-Məmmədəliyev:
(Xaçpərəstlərdən olan) firqələr (İsa Allahdır, yaxud Allahın oğludur və s. sözlər deyərək) öz aralarında anlaşılmazlığa düşdülər. Vay o böyük günü (qiyamət gününü) görəcək kafirlərin halına!
Elmir Quliyev
:
Но секты разошлись во мнениях между собой. Горе же неверующим, которые встретят Великий день!
Ələddin Sultanov:
Sonra firqələr öz aralarında ixtilafa düşdülər. Şahid olunacaq o böyük gün kafirlərin vay halına! (Təfsirçilər ixtilafa düşən firqələrin yəhudilər və xristianlar, yaxud öz aralarında ayrılığa düşən xristian məzhəbləri olduğunu qeyd etmişlər.)
Kerbelayi Malik ağa:
Bundan sonra qruplar (firqələr) öz aralarında ixtilaf etdilər. Böyük gün müşahidə edildiyi (şahid olunduğu) zaman vay o kafirlərin halına!
Ələsgər Musayev:
Ixtilaf etdi dəstələr öz aralarında! Vay
olsun o kəslərə ki, kafirdirlər əzəmətli günün şəhadətindən!
A.Mehdiyev və D.Cəfərli:
Beləliklə onların arasından dəstələr (xaçpərəstlər onun barəsində) ixtilafa düşdülər (bəziləri onun Allah olmasını, bəziləri isə Allahın oğlu olmasını iddia etdilər). Buna görə də vay (onun barəsində ifrata varmaqla) küfr etmiş kəslərin böyük gündəki halına!
Kövsər Tağıyev:
(Lakin xristian) firqələr öz aralarında ixtilafa düşdülər. Böyük bir günü görüb yaşayacaqları üçün vay kafirlərin halına!
M.Qənioğlu və T.Bilaloğlu:
Firqələr [yəhudilər və xristianlar] öz aralarında (İsa barəsində) ixtilafa düşdülər. Böyük günün [qiyamət gününün] görüşəcəyi zaman kafirlərin vay halına!
Sabirə Dünyamalıyeva:
Sonra da öz aralarından çıxan bir-birinə zidd dəstələr ixtilafa düşdülər. Bax, o böyük günün şahidliyində, məhkəməsində o kafirlərin [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edənlərin] vay halına!