Əlixan Musayev:
Adəm (tövbə etmək üçün) Rəbbindən kəlmələr öyrəndi, O da onun tövbəsini qəbul etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir.
Bünyadov-Məmmədəliyev:
(Nəhayət) Adəm rəbbindən (bəzi xüsusi) kəlmələr öyrənərək (Həvva ilə birlikdə o kəlmələr vasitəsilə) tövbə etdi. Doğrudan da, O (Allah) tövbələri qəbul edəndir, mərhəmətlidir.
Elmir Quliyev
:
Адам принял слова от своего Господа, и Он принял его покаяние. Воистину, Он — Принимающий покаяние, Милосердный.
Ələddin Sultanov:
Nəhayət, Adəm Rəbbindən (tövbə etmək üçün xüsusi) sözlər öyrəndi. Allah da onun tövbəsini qəbul etdi. Həqiqətən, O, tövbələri qəbul edəndir, mərhəmətlidir.
Kerbelayi Malik ağa:
Sonra Adəm Rəbbindən kəlmələri öyrəndi (və Rəbbinə tövbə etdi.). Bunun üzərinə Allah onun tövbəsini qəbul etdi. Şübhəsiz ki, O Təvvabdır (tövbələri qəbul edəndir), Rəhimdir (rəhmət nuru göndərəndir).
Ələsgər Musayev:
Və
təlqin aldı Adam Rəbbindən kəlmələri və qayıtdı üzərinə Onun.
Həqiqətən, O Təvvabdır Rəhimdir!
A.Mehdiyev və D.Cəfərli:
(Yer üzündə bir müddət qaldıqdan) sonra, Adəm öz Rəbbi tərəfindən bəzi kəlmələr aldı (ona tövbə təlqin olundu və ya öyrədilən adlarla ona tövbə ilham olundu və o, tövbə etdi). Allah da ona nəzər edərək tövbəsini qəbul etdi. O, çox tövbə qəbul edən və mehribandır.
Kövsər Tağıyev:
Sonra Adəm (vəhylə) Rəbbindən bəzi kəlmələr aldı, (onlarla əməl edib Rəbbinə yalvardı. O da) bundan sonra tövbəsini qəbul etdi. Şübhəsiz ki, O, tövbələri çox qəbul edəndir, çox bağışlayandır.
M.Qənioğlu və T.Bilaloğlu:
Adəm öz Rəbbindən bəzi sözlər öyrənərək tövbə etdi. Doğurdan da O, Bağışlayandır, Rəhmlidir !
Sabirə Dünyamalıyeva:
Sonra da Adəm, Rəbbindən bəzi sözlər aldı/ona vəhy olundu; Sonra da Allah onun tövbəsini qəbul etdi. Həqiqətən, O, tövbələri çox qəbul edən, tövbə etmək üçün çox fürsət verən, çox mərhəmətli olandır.