Əlixan Musayev:
İnsan tələsən yaradılmışdır. Mən dəlillərimi sizə göstərəcəyəm. Məni tələsdirməyin.
Bünyadov-Məmmədəliyev:
İnsan tələsən (hövsələsiz) yaradılmışdır. (İnsan təbiəti etibarilə hövsələsizdir, tələskəndir. Allahın əzabının tez gəlməsini istəyən müşriklər kimi). Ayələrimi (Peyğəmbərin dediyi sözlərin düzgün olmasını, əzabımı tezliklə) sizə göstərəcəyəm. Hələ Məni tələsdirməyin!
Elmir Quliyev
:
Человек сотворен нетерпеливым. Я покажу вам Свои знамения, и посему не торопите Меня.
Ələddin Sultanov:
İnsan hövsələsiz yaradılmışdır. Ayələrimi sizə göstərəcəyəm. Ona görə də (əzabı) Məndən tələsik istəməyin!
Kerbelayi Malik ağa:
İnsan tələsən olaraq yaradıldı. Sizə ayələrimi göstərəcəm. Artıq Məni tələsdirməyin.
Ələsgər Musayev:
Xəlq
olunmuşdur insan tələsənlərdən! Göstərəcəyəm sizə ayətimi,
tələsdirməyin Məni!
A.Mehdiyev və D.Cəfərli:
(Gildən yaradılmış) insan (elə tələskəndir ki, sanki) tələskənlikdən yaradılmışdır (bu səbəbdən Allahın əzabında da tələsir). Tezliklə (əvvəlcə dünyada sonra axirətdə) Öz ayə (və əzab nişanə)lərimizi sizə göstərəcəyəm. Buna görə də Məni tələsdirməyin.
Kövsər Tağıyev:
İnsan çox tələskən yaradılmışdır. Sizə ayələrimi tezliklə göstərəcəyəm. İndi hələ tələsməyin.
M.Qənioğlu və T.Bilaloğlu:
İnsan tələsiklik maddəsindən [fitrən hövsələsiz] xəlq olunmuşdur. Mən dəlillərimi sizə göstərəcəyəm, Məni tələsdirməyin!
Sabirə Dünyamalıyeva:
İnsan, çox tələskən xarakterdə yaradılmışdır. Sizə tezliklə işarətlərimi göstərəcəyəm. İndi siz Məndən tələsik istəməyin.