Əlixan Musayev:
Onların nə əti, nə də qanı, Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar. Sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız deyə, bu (heyvanları) sizə beləcə ram etdi. (Sən isə) yaxşılıq edənləri müjdələ!
Bünyadov-Məmmədəliyev:
Onların nə əti, nə də qanı, əlbəttə, Allaha çatmaz. Allaha çatacaq olan yalnız sizin təqvanızdır (səmimi-qəlbdən etdiyiniz ibadətdir). Allah sizi doğru yola yönəltdiyi (sizə həccin əməllərini göstərdiyi) üçün Onu (layiqincə) uca tutasınız deyə, bunları sizə belə ram etdi. (Ey Muhəmməd!) Ehsan edənlərə (Cənnətlə) müjdə ver!
Elmir Quliyev
:
Ни мясо, ни кровь их не доходят до Аллаха. До Него доходит лишь ваша богобоязненность. Так Он подчинил их вам, чтобы вы возвеличивали Аллаха за то, что Он наставил вас на прямой путь. Обрадуй же благой вестью творящих добро.
Ələddin Sultanov:
Onların nə ətləri, nə də qanları Allaha çatar. Lakin Ona çatan sizin təqvanızdır. Beləcə, onları sizin xidmətinizə verdik ki, sizi doğru yola yönəltdiyi üçün Allahı uca tutasınız. Yaxşı əməl sahiblərinə müjdə ver!
Kerbelayi Malik ağa:
Onun (qurbanlıqların) ətləri və qanları əsla Allaha çatmaz. Lakin Ona sizin təqvanız çatar. Beləliklə onu sizə tabe etdi. Sizi hidayətə ərdirməsi səbəbiylə Allaha təkbir deməyiniz üçün. Muhsinləri (Allaha fizik vücudlarını təslim edənləri) müjdələ!
Ələsgər Musayev:
Çatmaz Allaha nə onun əti və nə də
qanı və lakin çatar Ona sizin təqvanız. Belə ram etdi onu sizə,
Allahı böyüklüklə yad etməniz üçün ki, sizi hidayət edib və
bəşarət ver yaxşılara!
A.Mehdiyev və D.Cəfərli:
Allaha əsla onların əti və qanları çatmaz, əksinə Ona sizin tərəfinizdən (qəlb və batində olan) təqva çatar. Allah onları beləcə sizə ram etdi ki, sizi doğru yola yönəltməsinin müqabilində Allaha təkbir deyəsiniz və Onu uca tutasınız. Və (ey Peyğəmbər, sən) yaxşı işlər görənlərə müjdə ver.
Kövsər Tağıyev:
Onların ətləri və qanları əsla Allaha çatmaz. Lakin Ona sizin təqvanız çatar. Beləliklə, onları sizin xidmətinizə verdi ki, sizə doğru yolu göstərdiyi üçün Allahı böyük tutasınız. Yaxşılıq edənləri müjdələ.
M.Qənioğlu və T.Bilaloğlu:
Onların nə əti, nə də qanı Allaha çatacaq. Ona sizdən ancaq təqva [Allahdan qorxma] çatacaqdır. O, onları sizə belə tabe etdi ki, sizi düz yola yönəltdiyinə görə Allahı uca tutasınız . Sən isə xeyir əməl tutanlara müjdə ver.
Sabirə Dünyamalıyeva:
Onların ətləri və qanları qətiyyən Allaha çatmaz. Ancaq, Ona, sizdən "Allahın mühafizəsi altına daxil olmaq" çatar. Sizə göstərildiyi [nişan verildiyi] üzrə Allahı uca tutasınız deyə, böyük [iri] heyvanları sizə beləcə ram etdi [heç dəyişmədən, inkişaf etmədən sizin ixtiyarınızda qalmağa uyğun xüsusiyyətdə yaratdı]. Və yaxşı, gözəl əməl işləyənlərə müjdə ver.