Əlixan Musayev:
O kişilər ki, nə ticarət, nə də alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmır. Onlar qəlblərin və gözlərin çevriləcəyi bir gündən qorxurlar.
Bünyadov-Məmmədəliyev:
O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin haldan-hala düşəcəyi (dəhşətdən ürəklərin duymaqdan, gözlərin görməkdən qalacağı) bir gündən (qiyamət günüdən) qorxarlar.
Elmir Quliyev
:
мужи, которых ни торговля, ни купля-продажа не отвлекают от поминания Аллаха, совершения намаза и выплаты закята. Они боятся дня, когда перевернутся сердца и взоры,
Ələddin Sultanov:
O kəslər ki, nə ticarət, nə də alış-veriş onları Allahı anmaqdan, namaz qılmaqdan və zəkat verməkdən yayındırar. Onlar qəlblərin və gözlərin çevriləcəyi (iztirab çəkəcəyi) bir gündən qorxarlar.
Kerbelayi Malik ağa:
Ticarət və alış-veriş onları Allahın zikrindən, namazı qılmaqdan və zəkatı verməkdən yayındırmaz. Onlar qəlblərin və gözlərin dəhşətdən dönəcəyi gündən qorxarlar.
Ələsgər Musayev:
kişilər, hansı ki, yayındırmaz onları ticarət və bey Allahın yad edilməyindən və islahat üçün ayağa qalxmaqdan və paklanmaq üçün zəkat verməkdən. Xoflanarlar o gündən ki, onda qəlblər və gözlər pərişan olar,
A.Mehdiyev və D.Cəfərli:
Heç bir ticarət və alış-verişin Allahı yad etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmadığı kişilər. Onlar ürəklərin və gözlərin pərişan və fərqli olacağı gündən qorxurlar.
Kövsər Tağıyev:
Allahın izin verdiyi evlərdə heç bir ticarətin və heç bir alış-verişin onları Allahın zikrindən, namazı qılmaqdan, zəkatı verməkdən yayındırmadığı Onlar qəlblərin və gözlərin (dəhşətə düşərək) haldan hala düşəcəyi bir gündən qorxarlar.
M.Qənioğlu və T.Bilaloğlu:
o adamlar ki, onları nə ticarət, nə alış-veriş Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırar. Onlar ürəklərin çırpınacağı və gözlərin oynayacağı gündən [qiyamətdən] qorxurlar
Sabirə Dünyamalıyeva:
ticarət və alış-veriş onları Allahı yada salmaqdan, səlatı yerinə yetirməkdən [maddi və zehni baxımdan dəstək olma; cəmiyyəti maarifləndirmə qurumlarını meydana gətirməkdən, qoruyub-yaşatmaqdan] və zəkatı/vergilərini verməkdən yayındırmaz. Onlar, Allah, işlədikləri əməllərin əvəzini ən gözəli şəkildə versin və onlara lütfünü artırsın deyə, qəlblərin və gözlərin tərs çevrildiyi bir gündən qorxarlar.