Nəml Surəsi 37. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onların yanına qayıt! Biz onların üstünə qarşısında dura bilməyəcəkləri bir ordu ilə gəlib onları oradan zəlil alçalmış vəziyyətdə çıxardarıq!”
Bünyadov-Məmmədəliyev:
Durma, onların (Səba əhlinin) yanına qayıt! And olsun ki, (əgər müti olaraq yanıma gəlməsələr) gücləri çatmayacaq bir ordu ilə üstlərinə gedib onları öz yurdundan zəlil xar vəziyyətdə çıxardarıq!”
Elmir Quliyev :
Возвращайся к ним, а мы обязательно прибудем с войском, перед которым они не устоят, и изгоним их оттуда униженными и ничтожными".
Ələddin Sultanov:
Onların yanına qayıt! (Bilsinlər ki,) məğlubedilməz bir ordu ilə onların üstünə gələrik əlbəttə, zəlil xar bir vəziyyətdə onları oradan çıxardarıq!”
Kerbelayi Malik ağa:
Onlara geri dön. Bundan sonra mütləq onların üstünə qarşı gələ bilməyəcəkləri ordularla gəlirik. Mütləq onları zəlil alçalmış vəziyyətdə oradan çıxardarıq.
Ələsgər Musayev:
Qayıdın onların yanına. Biz elə bir qoşunla onlara tərəf gələrik ki, qabil olmazlar ona qarşı durmağa xaric edərik onları oradan zəlil olaraq onlar kiçilmiş olarlar».
A.Mehdiyev və D.Cəfərli:
«Onların (mələkə tayfasının) yanına qayıt! Biz mütləq elə bir ordu ilə onların üstünə gələcəyik ki, onun qarşısında durmağa qüdrətləri yoxdur şübhəsiz, onları o torpaqdan əsir zəlil halında çıxaracağıq».
Kövsər Tağıyev:
“Sən onların yanına qayıt. And olsun, biz onlara qarşı dura bilməyəcəkləri bir ordu ilə gələr onları zəlil alçaldılmış halda oradan çıxardarıq”.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlann yanına qayıt. Biz isə onların üstünə qarşısında dura bilməyəcəkləri bir qoşunla gələcəyik onları oradan zəlil olmuş, alçaldılmış bir vəziyyətdə çıxaracağıq."
Sabirə Dünyamalıyeva:
Onlara geri qayıt; yaxşı bilsinlər ki, onlara qarşısında əsla dura bilməyəcəkləri ordularla gələrik, onları həqiqətən zəlil alçaldılmış kəslər olaraq çıxararıq!" dedi.