Əlixan Musayev:
O kəslər üçün ki, böyük günahlardan və çirkin əməllərdən çəkinir, qəzəbləndikləri zaman (xətanı) bağışlayırlar,
Bünyadov-Məmmədəliyev:
O kəslər üçün ki, böyük günahlardan rəzil işlərdən (zinadan) çəkinər, (birinə) qəzəbləndikləri zaman (onun günahını) bağışlayarlar;
Elmir Quliyev
:
которые избегают великих грехов и мерзостей и прощают, когда гневаются,
Ələddin Sultanov:
Bunlar o kəslərdir ki, böyük günahlardan və çirkin işlərdən uzaq durar və qəzəbləndikləri zaman (insanların xətalarını) əfv edərlər.
Kerbelayi Malik ağa:
Onlar günahların böyüyündən və çirkin əməlllərdən çəkinərlər. Qəzəbləndikləri zaman bağışlayarlar.
Ələsgər Musayev:
o kəslər
ki, uzaqlaşırlar böyük günahlardan və fahişəlikdən. Onda ki,
qəzəbli oldular, onlar bağışlayırlar.
A.Mehdiyev və D.Cəfərli:
(Həmçinin) böyük günahlardan və çirkin əməllərdən çəkinən və (şəxsi məsələlərdə birinə) qəzəblənəndə (intiqam almaq əvəzinə onu) bağışlayan kəslər (üçün).
Kövsər Tağıyev:
Bu mükafat iman edənlər və Rəblərinə təvəkkül edənlər, böyük günahlardan və çirkin əməllərdən çəkinənlər, qəzəbləndikləri zaman bağışlayanlar,
M.Qənioğlu və T.Bilaloğlu:
o kəslər üçün ki, onlar böyük günahlardan və pozğunluqlardan uzaq olurlar, qəzəblənəndə bağışlaya bilirlər,
Sabirə Dünyamalıyeva:
Allah qatında olanlar [nemətlər, mükafatlar] isə, iman edən və sadəcə, Rəbbinə işin nəticəsini həvalə edənlər üçün günahın böyüklərindən və həyasızlıqdan qaçınan və qəzəbləndikləri zaman bağışlayan insanlar üçün