Əlixan Musayev:
Şübhəsiz ki, şeytanlar onları haqq yoldan sapdıracaq, onlar isə özlərinin haqq yolda olduqlarını güman edəcəklər.
Bünyadov-Məmmədəliyev:
(Şeytanlar) onları doğru yoldan çıxardar, onlar isə özlərinin haqq yolda olduqlarını güman edərlər!
Elmir Quliyev
:
Они не будут пускать их на путь Аллаха, а те будут считать, что они следуют прямым путем.
Ələddin Sultanov:
Şübhəsiz ki, şeytanlar onları haqq yoldan çıxardarlar. Onlar isə özlərinin doğru yolda olduqlarını zənn edərlər.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, onlar (şeytanlar), onları mütləq (Allahın) yolundan çıxarırlar. Onlar özlərinin hidayətdə olduğunu güman edərlər.
Ələsgər Musayev:
Həqiqətən, onlar sədd çəkərlər onlara yoldan və hesab edərlər
ki, onlar hidayət olunublar.
A.Mehdiyev və D.Cəfərli:
Şübhəsiz, həmin şeytanlar onları (hər bir xeyir) yoldan saxlayarlar və onlar doğru yolu tapmış olduqlarını güman edərlər.
Kövsər Tağıyev:
Şübhəsiz, bu şeytanlar onları doğru yoldan sapdırarlar. Onlar isə doğru yolda olduqlarını zənn edərlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Şeytanlar onları yoldan çıxaracaqlar və onlar güman edəcəklər ki, düz yolla gedirlər.
Sabirə Dünyamalıyeva:
və şübhəsiz ki dostlar/yaşıdlar, kor olanları Yoldan çıxararlar. Onlar da elə güman edərlər ki, yönləndirildikləri doğru yoldadırlar.