Əlixan Musayev:
Bunlar yaxşıdır, yoxsa Tubba tayfası və onlardan əvvəlkilər? Biz onları məhv etdik. Çünki onlar günahkar adamlar idi.
Bünyadov-Məmmədəliyev:
(Ya Peyğəmbər!) Bunlar (Məkkə müşrikləri) yaxşıdır (qüvvətlidir), yoxsa (Yəmən padşahlarından Tövrata inanan Əbu Kərb Əsədin) Tübbə qövmü, yaxud onlardan əvvəlkilər?! (Ad, Səmud, Mədyən və Əykə tayfaları?!) Günah işlədikləri üçün Biz onları məhv etdik.
Elmir Quliyev
:
Они лучше или же народ Тубба (Тобба) и их предшественники? Мы погубили их. Воистину, они были грешниками.
Ələddin Sultanov:
Onlar daha yaxşıdır, yoxsa Tübbə qövmü və onlardan əvvəlkilər?! Biz onları məhv etdik. Həqiqətən, onlar günahkar idilər.
Kerbelayi Malik ağa:
Onlarmı daha xeyirli yoxsa Tubbanın qövmü və onlardan əvvəlkilərmi? Biz onları həlak etdik. Çünki onlar günahkarlar idi.
Ələsgər Musayev:
Ə, onlar xeyirlidirlər,
yoxsa Tubba qoumu və o kəslər ki, onlardan qabaq var idilər?
Həlak etdik onları, həqiqətən, onlar oldular cərimə olunmuşlar.
A.Mehdiyev və D.Cəfərli:
(Say və güc baxımından) onlar daha yaxşı (və artıq)dırlar, yoxsa (Yəmənin qüdrətli şahlarından olmuş) Tubbə tayfası və (Ad və Səmud kimi) onlardan qabaq olmuş kəslər? Onların hamısını məhv etdik. Çünki onların hamısı günahkar idilər.
Kövsər Tağıyev:
“Əgər doğru söyləyənlərsinizsə, atalarımızı gətirin”.
M.Qənioğlu və T.Bilaloğlu:
Bunlarmı yaxşıdır [üstündür], yoxsa Tubba tayfası və onlardan əvvəlkilər? Biz onları məhv etdik, axı onlar günahkar idilər.
Sabirə Dünyamalıyeva:
Onlar daha xeyirlidir, yoxsa Tubbə tayfası və onlardan əvvəlki kəslər? Biz, onları dəyişikliyə/məhvə məruz qoyduq. Şübhəsiz ki, onlar günahkarlar idilər.