Əlixan Musayev:
Əgər (Allah) sizdən bunu istəsə və sizdən təkidlə tələb etdiyi halda, siz xəsislik göstərsəniz, O, kin-küdurətinizi üzə çıxardar.
Bünyadov-Məmmədəliyev:
Əgər Allah sizdən Onun (mal-dövlətinizin) hamısını istəsə və bunu sizdən israrla tələb etsə, siz xəsislik göstərərsiniz və O da (sizin islam dininə olan) kin-küdurətinizi (yaxud malınızı xərcləmək istəməmənizi) zahirə çıxardar.
Elmir Quliyev
:
Если же Он попросит у вас его и проявит настойчивость, то вы поскупитесь, и Он выведет наружу вашу злобу (или зависть).
Ələddin Sultanov:
Əgər Allah bunu (bütün malınızı) sizdən istəsəydi və israrla tələb etsəydi, siz xəsislik edəcəkdiniz və O sizin kininizi ortaya çıxaracaqdı.
Kerbelayi Malik ağa:
Əgər sizdən onu (mallarınızı) istəsə, beləcə israr etsə, siz xəsislik edərsiniz. (Bu) sizin kin-küdurətinizi üzə çıxardar.
Ələsgər Musayev:
Əgər O sual
etsə ona və tələb etsə sizdən, onda simiclik edərsiniz və O sizin
azğınlığınızı xaric edər.
A.Mehdiyev və D.Cəfərli:
Əgər mallarınızı(n hamısını) istəsə və (bunda) sizə israr etsə, xəsislik göstərərsiniz və (Allah boynunuza bu dini vəzifəni qoymaqla) sizin kinlərinizi üzə çıxararaq faş edər.
Kövsər Tağıyev:
Əgər onları sizdən istəyib sizi məcbur etsəydi, xəsislik edərdiniz, O isə kinlərinizi meydana çıxarardı.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər Allah sizdən (malınızın hamısını) istəsə və təkid etsə, onda siz xəsislik göstərərsiniz və O, sizin kin- küdurətlərinizi üzə çıxarar.
Sabirə Dünyamalıyeva:
Əgər Allah, sizdən mal-dövlətinizi istəyib sizi buna məcbur etmək istəsəydi, xəsislik edərdiniz. Sizin kin-küdurətinizi [meydana] çıxarardı.