Əlixan Musayev:
(Kafirlər) Oddan çıxmaq istərlər, lakin onlar oradan çıxan deyillər. Onları əbədi bir əzab gözləyir.
Bünyadov-Məmmədəliyev:
Onlar atəşdən çıxmaq istədilər, lakin heç cür oradan çıxa bilməzlər. Onlar əbədi əzaba düçar olanlardır!
Elmir Quliyev
:
Они захотят выйти из Огня, но не смогут выйти оттуда. Им уготованы вечные мучения.
Ələddin Sultanov:
Onlar cəhənnəmdən çıxmaq istəyərlər, lakin oradan çıxa bilməyəcəklər. Onlar üçün daimi bir əzab vardır.
Kerbelayi Malik ağa:
Atəşdən çıxmaq istəyərlər və onlar oradan çıxan deyillər. Onlar üçün ‘daimi əzab’ vardır.
Ələsgər Musayev:
İstəyirlər ki, xaric olsunlar oddan və onlar oradan xaric
ola bilməzlər ondan və onlar üçün həmişəlik əzab var!
A.Mehdiyev və D.Cəfərli:
Daim oddan çıxmaq istəyərlər. Amma əsla oradan çıxan deyildirlər. Onlar üçün həmişəlik bir əzab vardır.
Kövsər Tağıyev:
Oddan çıxmaq istərlər, amma ondan çıxacaq deyillər. Onlara davamlı bir əzab var.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar cəhənnəm odundan çıxmaq istədər, lakin oradan əsla çıxa bilməzlər. Onlar üçün daimi bir əzab vardır.
Sabirə Dünyamalıyeva:
Onlar, Atəşdən çıxmaq istəyirlər. Amma oradan çıxan deyildirlər. Və onlar üçün həmişəlik bir əzab var.