Zariyat Surəsi 37. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ağrılı-acılı əzabdan qorxanlar üçün orada bir əlamət qoyduq.
Bünyadov-Məmmədəliyev:
orada (axirətdəki) şiddətli əzabdan qorxanlar üçün bir nişanə qoyduq. (Lut qövmünün Şamla Hicaz arasında yerləşən yurdunu xaraba qoyub altını üstünə çevirdik. Bu, Məkkə müşrikləri üçün bir ibrət dərsi olmalıdır).
Elmir Quliyev :
Мы оставили там знамение для тех, которые боятся мучительных страданий.
Ələddin Sultanov:
Şiddətli əzabdan qorxanlar üçün orada (ibrətamiz) bir işarə saxladıq.
Kerbelayi Malik ağa:
Orada ağrılı-acılı əzabdan qorxanlar üçün dəlil buraxdıq.
Ələsgər Musayev:
Orada ələmli əzabdan xoflanan kəslər üçün ayət qoyduq.
A.Mehdiyev və D.Cəfərli:
(İnsanları həlak etdikdən sonra) orada ağrılı əzabdan qorxanlar üçün (Öz tövhid qəzəbimizə dəlalət edən) bir nişanə (qorxulu səhra, devrilmiş diyar, yağdırılmış daşlar çirkli sular) qoyduq.
Kövsər Tağıyev:
Orada ağrılı-acılı əzabdan qorxacaq kimsələr üçün bir ibrət qoyduq.
M.Qənioğlu və T.Bilaloğlu:
Üzücü əzabdan qorxanlar üçün orada bir ibrət dərsi qoyduq.
Sabirə Dünyamalıyeva:
Biz orada ağrılı bir əzabdan qorxan kimsələr üçün bir işarət/nişanə qoyduq.