Nəcm Surəsi 37. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Məgər vəfalı olan İbrahimin (səhifələrində olanlar barədə ona bildirilmədi?)
Bünyadov-Məmmədəliyev:
(əhdə) çox vəfalı olan (Allahın qarşısındakı borcunu layiqincə ödəyən) İbrahimin (sühüfündəkilər bildirilmədi?!)
Elmir Quliyev :
и Ибрахима (Авраама), который выполнил повеления Аллаха полностью?
Ələddin Sultanov:
Bəs əhdə vəfalı olan İbrahimin (səhifələrində olanlar ona xəbər verilmədimi)?!
Kerbelayi Malik ağa:
Hz. İbrahim ki, o vəfalı oldu (Allahın əmrlərini yerinə yetirdi).
Ələsgər Musayev:
Ibrahimin o kəs ki, vəfalı idi:
A.Mehdiyev və D.Cəfərli:
(yaxud Allaha itaətə, tovhidin çatdırılmasına, mübarizədə səbrə imtahanın yerinə yetirilməsində əhdə) tam vəfa etmiş İbrahim(in səhifələrində olanlardan)?
Kövsər Tağıyev:
Allahın əmrlərini nöqsansız yerinə yetirən İbrahimin
M.Qənioğlu və T.Bilaloğlu:
vəfalı İbrahimin səhifələrindəkilər barədə ona xəbər verilməyibmi ki,
Sabirə Dünyamalıyeva:
o çox vəfalı İbrahim’in səhifəsindəkilərdən?