Qəmər Surəsi 37. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Onlar (Lutdan) qonaqlarını israrla tələb etdilər. Biz onları kor etdik (və) (dedik): “Əzabımı təhdidlərimi dadın!”
Bünyadov-Məmmədəliyev:
Cəlalıma and olsun ki, onlar (Lutdan) öz qonaqlarını (mələkləri) onlara təslim etməyi tələb etmişdilər. Biz onları kor etdik (və) “İndi əzabımı təhdidlərimi dadın!” - (dedik).
Elmir Quliyev :
Они настойчиво требовали от него его гостей, и тогда Мы лишили их зрения. Вкусите же мучения от Меня и предостережения Мои!
Ələddin Sultanov:
Onlar Lutun qonaqlarına (yaraşıqlı oğlanlar kimi görünən mələklərə) pislik etmək istəmişdilər. Biz onların gözlərini kor etdik. İndi əzabımı təhdidlərimi dadın!
Kerbelayi Malik ağa:
And olsun ki, pis əməlləri üçün ondan qonaqlarını israrla tələb etdilər. Bunun üzərinə onların gözlərini silib yox etdik. Elə isə xəbərdarlığımı əzabımı dadın!
Ələsgər Musayev:
Əlbəttə, onlar qonaqlarını istədilər Biz onların gözlərini kor etdik. Mənim əzabımı nəzərə çatdırmağımı dadın!
A.Mehdiyev və D.Cəfərli:
Doğrudan da onlar ondan (Lutdan) qonaqlarını (mələkləri) təslim etməsini istədilər. Buna görə Biz onların gözlərini kor etdik (və) «belə isə dadın Mənim əzabımı təhdidlərimi(n cəzasını)» (dedik).
Kövsər Tağıyev:
And olsun, onlar onun (mələklərdən olan) qonaqlarından nəfslərindəki pis arzuları tətmin etmək istədilər. Biz onların gözlərini kor etdik. “Əzabımı xəbərdarlıqlarımı dadın!” dedik.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlar Lutdan onun qonaqlarının (onlara) verilməsini tələb etdilər. Biz onların gözlərini silib kor etdik: "Vəd etdiyim əzabı xəbərdarlığımın (qulaq ardına vurulmasının) əzabını dadın!"
Sabirə Dünyamalıyeva:
and olsun ki, onun qonaqlarından cinsi yöndən istifadə etmək istəmişdilər. Biz onların gözlərini kor etdik/qəbilələrini, nəsillərini silib-süpürdük: "Haydı, əzabımı xəbərdarlıqlarımı dadın!"