Əlixan Musayev:
Allah murdarı pakdan ayırsın, murdarları bir-birinin üstünə qoyub bir yerə yığsın və onları Cəhənnəmdə yerləşdirsin. Ziyana uğrayanlar da məhz onlardır.
Bünyadov-Məmmədəliyev:
Allah (orada) murdarı (kafiri) pakdan (mömindən) ayırd etsin, sonra murdarları bir-birinin üstünə yığıb hamısını bir yerə toplasın və Cəhənnəmə atsın. Bunlar özlərinə zərər eləyənlərdir!
Elmir Quliyev
:
чтобы Аллах отделил скверного человека от доброго, бросил скверных одного на другого, собрал их всех вместе и поместил в Геенне. Они будут потерпевшими убыток.
Ələddin Sultanov:
Bu ona görə idi ki, Allah murdar olanı təmiz olandan ayırd etsin, murdar olanları bir-birinin üstünə yığaraq hamısını toplasın və onları cəhənnəmə atsın. Onlar əsil ziyana uğrayanlardır!
Kerbelayi Malik ağa:
(Bu), Allahın xəbis (murdar) ilə teyyibi (təmizi) bir-birindən ayırması və xəbis olanları bir-birinin üzərinə qoyub beləcə hamısını yığaraq, bu şəkildə onların (murdar olanların) cəhənnəmdə olması (cəhənnəmə atılması) üçündür. Məhz onlar hüsrana uğrayanlardır.
Ələsgər Musayev:
ayırd etməsi üçün Allah xəbisi pakdan və etsin xəbisi bəzisini onun üzərinə bəzisinin və yığsın onu cəmiyyən və etsin onu cəhənnəmdə. Həmin onlar xəsarətlilərdir!
A.Mehdiyev və D.Cəfərli:
(Onların küfrləri və həmin yoldakı xərcləri səbəb olub) ki, Allah murdarı pakdan (dünyada kafiri mömindən və haramı halaldan) ayırsın və (axirətdə) murdarları bir-birinin üstünə yığıb hamısını üst-üstə qalasın və Cəhənnəmə atsın. (Bəli,) onlardır ziyana uğrayanlar!
Kövsər Tağıyev:
Allah pisi təmizdən ayırmaq, pislərin hamısını bir-biri üstünə yığaraq cəhənnəmə qoymaq üçün belə edər. Onlar məhz ziyana uğrayanlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah pisi yaxşıdan seçsin, pisləri bir-birilərinin üzərinə qoysun, sonra isə hamısını qalaqlayaraq cəhənnəmdə yerləşdirsin. Bunlar ziyana düşənlərdir.
Sabirə Dünyamalıyeva:
Allah murdarı təmizdən ayırsın, sonra murdarları bir-birinin üstünə mindirib hamısını bir yerə yığsın, sonra da hamısını birdən cəhənnəmə qoysun. Və kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə rədd edənlər] cəhənnəmdə toplaşacaqlar. Bax bunlar, məhz itkiyə, zərərə uğrayıb əzab çəkənlərin arasında olan kəslərdir.