Tövbə Surəsi 37. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
(Haram ayı) təxirə salmaq ancaq küfrü artırır. Bununla da kafirlər azdırılırlar. Onlar bunu bir il halal sayır, bir il haram sayırlar ki, Allahın haram etdiyi ayların sayını uyğunlaşdırsınlar Allahın haram buyurduğunu halal etsinlər. Beləcə, onların pis əməlləri özlərinə gözəl göstərildi. Allah kafir adamları doğru yola yönəltməz.
Bünyadov-Məmmədəliyev:
Həqiqətən, (haram ayları) gecikdirmək (məsələn, rəcəbi şəbana ya zülqədə, zülhiccə məhərrəmi gecikdirib səfərə, yaxud başqa bir aya saxlamaq) ancaq küfrü artırmaqdır ki, bununla kafir olanlar (doğru yoldan) azdırılarlar. Onlar Allahın haram etdiyi ayların sayını düzəltmək, Allahın haram buyurduğunu halal etmək məqsədilə onu (gecikdirilən ayı) bir il halal, bir il haram sayarlar. (Ayları gecikdirmək, yerlərini dəyişdirmək qəməri ilə daha bir ay əlavə etməklə haram olan bir ayı bəzən halal, halal olan bir ayı da bəzən haram hesab edərlər). Pis əməlləri onlara gözəl görünmüşdür. Allah kafir qövmü doğru yola yönəltməz!
Elmir Quliyev :
Откладывание запретного месяца только увеличивает неверие. От этого неверующие впадают в заблуждение. В один год они объявляют его дозволенным, а в другой запретным, чтобы уравнять количество месяцев, которые Аллах сделал запретными. Они объявляют дозволенным то, что запретил Аллах, и их злодеяния кажутся им прекрасными. Аллах не ведет прямым путем неверующих людей.
Ələddin Sultanov:
(Haram ayları) gecikdirmək ancaq küfrü artırmaqdır. Kafirlər onunla (haqq yoldan) azdırılırlar. Onlar Allahın haram etdiyinin sayını düzəltmək Allahın haram etdiyi şeyləri halal etmək üçün onu (haram ayı) bir il halal, bir il isə haram sayırlar. Beləcə, onların pis əməlləri özlərinə gözəl göstərilmişdir. Allah kafirlər qövmünü doğru yola yönəltməz!
Kerbelayi Malik ağa:
(Haram ayları) təxirə salmaq ancaq küfrü artırmaqdır. Kafirlər onunla sapdırılar. Allahın haram etdiyi şeyin (haram ayların) müddətinin uyğun gəlməsi üçün onu (təxirə salınan ayı) bir il halal sayarlar onu bir il haram sayarlar. Beləcə Allahın haram etdiyi şeyi halal sayarlar. Onların pis əməlləri onlara gözəl göstərildi. Allah kafir qövmü hidayət etməz.
Ələsgər Musayev:
Həqiqətən, əvəz etmək azaldıb çoxaltmaq küfrü artırmaqdır. O kəslər ki, kafirdirlər onunla zəlalətə salarlar; buna bir il icazə verirlər bir il qadağan edirlər, ondan ötrü ki, Allahın qadağan etdiyi saylara bərabər tutsunlar Allahın qadağan etdiyinə icazə verirlər. Onların pis əməlləri qarşılarında zinətli olur Allah kafir qoumu hidayət etməz!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən (haram ayları) təxirə salmaq (və onların yerlərini dəyişdirmək) küfrü artırmaqdır (etiqadi baxımdan küfr olmaqdan əlavə, əməldə bidətdir) ki, kafirlər onun vasitəsilə azdırılırlar. Onu bir il halal bir il haram sayırlar (məsələn, bir Şə’ban ayını Rəcəb ayının yerinə haram Rəcəb ayını isə halal edirlər) ki, sizinlə Allahın haram etdiyi ilə uyğunlaşsınlar (və bir ildə dörd haram ay olsun), amma (nəticədə) Allahın haram etdiyini halal edirlər. Əməllərinin çirkinliyi onlar üçün zinətlənmişdir. Allah kafirlərin dəstəsini hidayət etməz.
Kövsər Tağıyev:
Haram ayları ertələmək ancaq küfrdə daha da irəli getməkdir ki, bununla inkar edənlər azdırılırlar. Allahın haram buyurduğu ayların sayına uyğun gətirib, beləliklə, Allahın haram buyurduğunu halal etmək üçün haram ayı bir il halal, bir il haram sayırlar. Onların bu çirkin işləri özlərinə gözəl göstərildi. Allah inkarçı qövmü doğru yola yönəltməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, (qadağan ayını) gecikdirmək küfrü daha da artırmaqdır, bununla küfr edənlər (daha çox) yoldan azırlar; onlar bunu bir il halal edir, o biri il qadağan edirlər ki, Allahın müəyyən etdiyi qadağan (aylarının) sayı ilə uyğunlaşdırsınlar. Beləliklə onlar Allahın haram buyurduğunu halal edirlər. Onların pis əməlləri özləri üçün bəzədilmişdir. Allah kafir adamlara bir yol göstərməz!
Sabirə Dünyamalıyeva:
O "nesi" [haram ayları gecikdirmək] ancaq küfrü [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar etməyi] artırmaqdır ki, kafirlər [Allahın məbud rəbb olduğunu bilə-bilə inkar edənlər] onunla çaşdırılır [azdırılır]; Allahın haram etdiyi [ayların] sayına uyğunlaşdırmaq [bununla] Allahın haram buyurduğunu halal etmək üçün onu bir il halal, bir il haram sayırlar. Onlara əməllərin çirkinliyi bəzədilib gözəl göstərildi. Allah, kafirlər [Özünün məbud rəbb olduğunu bilə-bilə inkar edənlər] tayfasına yol göstərməz.