Əlixan Musayev:
(Nuh) gəmini düzəldir, qövmünün zadəganları isə hər dəfə yanından keçdikcə onu ələ salırdılar. O isə deyirdi: “Əgər siz bizi ələ salırsınızsa, biz də sizi, siz bizi ələ saldığınız kimi ələ salacağıq.
Bünyadov-Məmmədəliyev:
(Nuh) gəmini düzəldir, ümmətinin əyan-əşrafı isə yanından ötüb-keçdikcə onu məsxərəyə qoyurdular. (Nuh) onlara deyirdi: “Əgər (indi) siz bizi məsxərəyə qoyursunuzsa, biz də (Allahın əzabı gəldikdə) sizi siz bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyacağıq.
Elmir Quliyev
:
Он сооружал ковчег, и каждый раз, когда мимо него проходили знатные люди из его народа, они глумились над ним, а он говорил: "Если вы глумитесь над нами, то и мы будем глумиться над вами, подобно тому, как глумитесь вы.
Ələddin Sultanov:
Nuh gəmini düzəldirdi. Qövmünün başçıları isə hər dəfə ona baş çəkdiklərində onu ələ salırdılar. Nuh demişdi: “Əgər bizi ələ salırsınızsa, bilin ki, siz bizi ələ saldığınız kimi biz də sizi ələ salacağıq.
Kerbelayi Malik ağa:
O, gəmini düzəldərkən, qövmünün öndərləri hər dəfə onun yanına uğradıqları zaman onunla istehza etdilər. (Nuh (ə.s) belə) dedi: ‘Əgər bizimlə istehza edirsinizsə sonra da şübhəsiz ki, biz sizin istehza etdiyiniz kimi sizinlə istehza edəcəyik.’
Ələsgər Musayev:
O gəmini düzəldir və külli nə ki, keçirdi onun qoumundan
böyükləri yanından, onu məsxərə edirdi. Dedi: «Əgər bizi
məsxərə edirsiniz, biz də sizi məsxərə edəcəyik, nə qədər siz
məsxərə edirsiniz.
A.Mehdiyev və D.Cəfərli:
Və o, gəmini düzəldirdi. Qövmünün böyükləri hər dəfə onun yanından keçəndə («quruda gəmi?! Peyğəmbərlikdən sonra xarratlıq?!» deyib) ona məsxərə edirdilər. Dedi: «Əgər siz bizə istehza edirsinizsə, şübhəsiz, biz də məsxərə etdiyiniz kimi sizə (ağaclara, divarlara və təpələrə pənah apardığınız vaxt) məsxərə edəcəyik.»
Kövsər Tağıyev:
(Nuh) gəmini düzəldirdi. Qövmündən öndə gələnlər isə nə zaman yanından keçsələr, onu məsxərəyə qoyurdular. Dedi ki: “Siz bizi məsxərəyə qoyursunuzsa, bizi məsxərəyə qoyduğunuz kimi biz də sizi məsxərəyə qoyacağıq”.
M.Qənioğlu və T.Bilaloğlu:
O gəmi düzəldir, camaatının əyanları isə hər dəfə onun yanından keçəndə onu elə salırdılar. O dedi: "Əgər bizi elə salırsınızsa, biz də sizi elə saldığınız kimi ələ salarıq.
Sabirə Dünyamalıyeva:
Və o, gəmi düzəldirdi, qövmünün bəzi başbilənləri hər dəfə onun yanından keçərkən onu məsxərəyə qoyurdular. Nuh dedi ki: "Bizi məsxərəyə qoyursunuz, eynilə siz bizi məsxərəyə qoyduğunuz kimi biz də sizi məsxərəyə qoyacağıq."