Əlixan Musayev:
Biz səndən əvvəl də elçilər göndərdik və onlara zövcələr və övladlar verdik. Heç bir elçi Allahın izni olmadan bir ayə gətirə bilməzdi. Hər vaxtın bir yazısı var.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Biz səndən əvvəl də Peyğəmbərlər göndərdik, onlara zövcələr, övladlar verdik. Allahın izni olmadıqca heç bir peyğəmbər heç bir möcüzə gətirə bilməz. Hər dövrün bir kitabı (lövhi-məhfuzda yazılmış hökmü) var. (İlahi kitablardan hər birinin öz nazil olma vaxtı var. Bunlar zamanın, dövrün tələbinə və ehtiyacına görədir).
Elmir Quliyev
:
Мы посылали до тебя посланников и даровали им супруг и потомство. Ни один посланник не мог явить знамение без соизволения Аллаха. Для каждого срока есть предписание.
Ələddin Sultanov:
Şübhəsiz, Biz səndən əvvəl də peyğəmbərlər göndərdik. Onlara zövcələr və övladlar verdik. Allahın izni olmadan heç bir peyğəmbər möcüzə gətirə bilməz. Hər bir vaxtın kitabı vardır (hər bir şeyin zamanı Allah dərgahında yazılıb təyin edilmişdir).
Kerbelayi Malik ağa:
And olsun ki, səndən əvvəl də rəsullar göndərdik. Onlara da zövcələr və övladlar verdik. Bir rəsul üçün Allahın izni olmadan bir ayə gətirməsi mümkün deyil. Hər bir zamanın bir kitabı vardır.
Ələsgər Musayev:
Səndən qabaq da rəsullar göndərdik və onlar üçün zövclər və zürriyyətlər etdik. Olmadı rəsul ki, ayət gətirə, ancaq Allahın iznilə. Külli əcəl üçün yazı var.
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən biz səndən öncə peyğəmbərlər göndərdik və (mələk deyil, bəşər olduqları üçün) onlara da zövcələr və övladlar verdik. Heç bir peyğəmbər Allahın izni və iradəsi olmadan bir nişanə və möcüzə gətirə bilməz. (Çünki) hər bir vaxt üçün (hikmətə uyğun olaraq) bir yazı və hökm qərara alınmışdır (deməli Allahdan başqası, hətta peyğəmbər istədiyi vaxt möcüzə gətirə bilməz).
Kövsər Tağıyev:
And olsun, səndən əvvəl də peyğəmbərlər göndərdik. Onlara da zövcələr və övladlar verdik. Allahın izni olmadan heç bir peyğəmbər bir möcüzə gətirə bilməz. Hər əcəlin (vədənin) bir yazısı var.
M.Qənioğlu və T.Bilaloğlu:
Biz səndən əvvəl də peyğəmbərlər göndərdik və onları arvad-uşaqlı etdik. Heç bir peyğəmbər Allahın izni olmadan bir möcüzə göstərə bilməz. Hər bir vaxtın yazısı vardır.
Sabirə Dünyamalıyeva:
And olsun ki, Biz səndən əvvəl də peyğəmbərlər göndərmişdik. Onlara da zövcələr və nəsil [oğlan-qız uşaqları] verdik. Heç bir peyğəmbər, Allahın icazəsi/xəbəri olmadan hər hansı bir işarə/nişan gətirə bilməz.