İsra Surəsi 38. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Bütün bu (qadağan edilmiş) pis əməllər, Rəbbinin xoşuna gəlməyən şeylərdir.
Bünyadov-Məmmədəliyev:
Bütün bunlar Rəbbinin dərgahında bəyənilməyən (məkruh), pis şeylərdir.
Elmir Quliyev :
Все это зло ненавистно твоему Господу.
Ələddin Sultanov:
Bütün bunların pis olanları, Rəbbinin yanında iyrənc əməllərdir.
Kerbelayi Malik ağa:
Bütün bu pis əməllər Rəbbinin qatında bəyənilməzdir.
Ələsgər Musayev:
Bunlar küllisi Rəbbinin yanında ikrah doğuran pis işlərdir!
A.Mehdiyev və D.Cəfərli:
Bunların (sadalanan bu iyirmi üç işin) hamısının pisi (və fəsadı olanı) sənin Rəbbinin yanında bəyənilməzdir (və Allahın onları bəyənməməsi onların haram olmaları deməkdir).
Kövsər Tağıyev:
Bütün bu sayılanların pis olanları Rəbbinin qatında bəyənilməyən şeylərdir.
M.Qənioğlu və T.Bilaloğlu:
Bütün bunlar sənin Rəbbinin yanında ikraha layiq pis işlərdir.
Sabirə Dünyamalıyeva:
Bütün bu pis əməllər, Rəbbinin dərgahında xoşagəlməz şeylərdir.