Əlixan Musayev:
Onlar Bizim hüzurumuza gələcəkləri gün necə yaxşı eşidəcək, necə də yaxşı görəcəklər! Lakin zalımlar bu gün açıq-aydın azğınlıq içindədirlər.
Bünyadov-Məmmədəliyev:
(Sən indi onların özlərini karlığa, korluğa vurmalarına baxma!) Onlar Bizim hüzurumuza gələcəkləri gün (qiyamət günü hər şeyi) elə yaxşı eşidəcək, elə yaxşı görəcəklər ki! Lakin zalımlar bu gün açıq-aşkar bir zəlalət içindədirlər (haqq yoldan aşkar azmışlar).
Elmir Quliyev
:
Как же ясно они будут слышать и видеть в тот день, когда они явятся к Нам! Но сегодня беззаконники пребывают в очевидном заблуждении.
Ələddin Sultanov:
Bizə gələcəkləri gün necə yaxşı eşidəcək və necə də yaxşı görəcəklər! Lakin zalımlar o gün açıq-aşkar bir zəlalət içindədirlər.
Kerbelayi Malik ağa:
Bizə gələcəkləri gün onlara (nələr-nələr) eşitdirilər və göstərilər. Lakin zalımlar bu gün hələ də açıq-aşkar bir dəlalət içindədirlər.
Ələsgər Musayev:
Eşidərlər onlar və görərlər o gündə ki, gələrlər Bizə tərəf!
Lakin zalimlər o gün aşkar zəlalətdədirlər!
A.Mehdiyev və D.Cəfərli:
Onlar Bizim yanımıza gəldikləri gün necə də (yaxşı) eşidər və necə də (yaxşı) görərlər. Lakin zalımlar bu gün aşkar azğınlıqdadırlar və o gün də azğınlıqda olacaqlar (çünki icbari imanın onlara heç bir xeyri olmayacaqdır).
Kövsər Tağıyev:
Bizim hüzurumuza gələcəkləri gün (həqiqəti) çox yaxşı eşidib çox yaxşı görəcəklər. Lakin zalımlar bu gün açıq-açkar bir zəlalət içindədirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Hüzurumuza gələcəkləri gün onlar necə eşidib, necə də görəcəklər! Lakin bu gün haqsızlar açıq-aydın yol azıblar.
Sabirə Dünyamalıyeva:
Biz gələcəkləri gün, nələr eşidəcək, nələr görəcəklər! Lakin şirk qoşaraq səhv; öz zərərinə olan əməli işləyən kəslər bu gün açıq-aşkar bir azğınlıq içindədir.