Əlixan Musayev:
Şübhəsiz ki, Allah iman gətirənləri mühafizə edir. Həqiqətən, Allah heç bir nankor xaini sevmir.
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, Allah iman gətirən kəslərdən (kafirlərin əzab-əziyyətini) dəf edər. Allah, həqiqətən, heç bir xaini, nankoru sevməz!
Elmir Quliyev
:
Воистину, Аллах оберегает тех, кто уверовал. Воистину, Аллах не любит всяких неблагодарных изменников.
Ələddin Sultanov:
Şübhəsiz ki, Allah iman gətirənləri qoruyar. Həqiqətən, Allah heç bir nankoru və xaini sevməz.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Allah amənu olanlardan (bəlaları) uzaqlaşdırar. Şübhəsiz ki, Allah xain və kafirlərin heç birini sevməz.
Ələsgər Musayev:
Həqiqətən, Allah müdafiə edir o
kəsləri ki, inanırlar. Həqiqətən, Allah sevməz külli xainləri,
kafirləri!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən Allah iman gətirmiş kəsləri müdafiə edir (düşmənlərin hücumlarını dəf edir və qələbə yolunu açır). Əlbəttə, Allah heç bir nankor xəyanətkarı sevmir.
Kövsər Tağıyev:
Şübhəsiz, Allah iman edənləri qoruyar. Doğrusu Allah heç bir xaini, nankoru sevməz.
M.Qənioğlu və T.Bilaloğlu:
Şübhəsiz ki, Allah iman gətirənləri müdafiə edir. Allah (əmanətə) xəyanət və (nemətə) nankorluq edəni sevmir.
Sabirə Dünyamalıyeva:
Şübhəsiz, Allah inanan kəsləri müdafiə edər. Şübhəsiz ki, Allah, həddindən artıq xain və son dərəcə nankor olanların heç birini sevməz.