Əlixan Musayev:
(Süleyman) dedi: “Ey əyanlar! Onlar müti olaraq yanıma gəlməmiş hansınız onun taxtını mənə gətirə bilər?”
Bünyadov-Məmmədəliyev:
(Süleyman) dedi: “Ey əyanlar! Onlar müti vəziyyətdə (müsəlman olaraq) yanıma gəlməmiş hansınız onun (Bəlqisin) taxtını mənə gətirə bilər?”
Elmir Quliyev
:
Он сказал: "О знать! Кто из вас принесет мне ее трон до того, как они предстанут предо мною покорными?"
Ələddin Sultanov:
(Sonra Süleyman) dedi: “Ey əyanlar! Onlar təslim olub mənə gəlmədən hansınız onun (Bəlqisin) taxtını mənə gətirə bilər?”
Kerbelayi Malik ağa:
(Süleyman ə.s): ‘Ey əyanlar! Onlar təslim olmaq üçün mənim yanıma gəlmədən əvvəl, onun taxtını hansınız mənə gətirə bilərsiniz?’ dedi.
Ələsgər Musayev:
Dedi: «Ay böyüklər! Sizdən kim mənə onun ərşini gətirər, ondan qabaq ki, onlar mənə təslim olaraq gəlməyiblər?»
A.Mehdiyev və D.Cəfərli:
(Sonra) dedi: «Ey əyanlar və böyüklər, onlar hamılıqla təslim olaraq mənim yanıma gəlməzdən öncə, hansınız o qadının taxtını mənə gətirə bilər?»
Kövsər Tağıyev:
Süleyman: “Ey öndə gələnlər! Onlar mənə təslim olmazdan əvvəl hansınız mənə onun (məlikənin) taxtını gətirə bilər?”
M.Qənioğlu və T.Bilaloğlu:
Süleyman dedi: "Ey əyanlar, onlar təslim olaraq yanıma gəlməzdən əvvəl hansınız onun [Bilqeysin] taxt-tacını mənə gətirə bilər?"
Sabirə Dünyamalıyeva:
Süleyman dedi ki: "Ey əyanlar! Onlar təslim olub mənə gəlməmişdən qabaq, hansınız onun taxtını mənə gətirər?"