Əlixan Musayev:
Elə oradaca Zəkəriyya Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Öz tərəfindən mənə pak bir nəsil bəxş et! Şübhəsiz ki, Sən duaları Eşidənsən”.
Bünyadov-Məmmədəliyev:
(O zaman) Zəkəriyya Rəbbinə dua edərək dedi: “Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!”
Elmir Quliyev
:
Тогда Закария (Захария) воззвал к своему Господу, сказав: "Господи! Одари меня прекрасным потомством от Себя, ведь Ты внимаешь мольбе".
Ələddin Sultanov:
Orada Zəkəriyya Rəbbinə dua edib dedi: “Ey Rəbbim! Mənə, Öz tərəfindən xeyirli bir nəsil bəxş et! Sən, həqiqətən, duanı eşidənsən”.
Kerbelayi Malik ağa:
Zəkəriyyə (ə.s) orada Rəbbinə dua etdi: ‘Rəbbim, mənə Sənin dərgahından təmiz bir nəsil bəxş et, şübhəsiz ki, Sən duanı ən yaxşı eşidənsən’ dedi.
Ələsgər Musayev:
Orada dua etdi Zəkəriyyə Rəbbinə onun. Dedi: «Rəbbim!
Bəxş et mənim üçün Öz yanından pak zürriyyət! Həqiqətən,
Sən eşidənsən duaları!»
A.Mehdiyev və D.Cəfərli:
Z?k?riyya h?min vaxt, orada oz R?bbini cag?rd? v? dedi: « Ey R?bbim, Oz t?r?find?n m?n? pak olan bir ovlad ?ta et ki, h?qiq?t?n S?n, duan? esid?ns?n».
Kövsər Tağıyev:
Orada Zəkəriyya Rəbbinə dua etdi: “Rəbbim! Mənə öz qatından təmiz bir nəsil bəxş et. Şübhəsiz ki, sən duanı haqqı ilə eşidənsən”, – dedi.
M.Qənioğlu və T.Bilaloğlu:
Orada Zəkəriyyə Rəbbini çağıraraq dedi: "Rəbbim! Öz tərəfindən mənə yaxşı bir övlad bəxş et. Axı sən çağırış [dua] eşidənsən!"
Sabirə Dünyamalıyeva:
-Orada Zəkəriyya Rəbbinə yalvardı: "Ey Rəbbim! Mənə Öz tərəfindən pak bir nəsil bəxş et. Şübhəsiz ki, Sən duanı ən yaxşı eşidənsən" dedi.