Səba Surəsi 38. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ayələrimizi qüvvədən salmağa cəhd göstərənlər isə əzaba giriftar ediləcəklər.
Bünyadov-Məmmədəliyev:
(Bizi) aciz buraxacaqlarını sanaraq ayələrimizi batil etmək üçün cəhd göstərənlər isə (qiyamət günü) gətirilib əzaba düçar ediləcəklər.
Elmir Quliyev :
А те, которые стараются ослабить Наши знамения, будут ввергнуты в мучения.
Ələddin Sultanov:
Ayələrimizi qüvvədən salmaq üçün səy göstərənlər əzaba sürüklənəcəklər.
Kerbelayi Malik ağa:
Ayələrimizi qüvvədən salmağa çalışanlar əzaba düçar ediləcəklər.
Ələsgər Musayev:
o kəslər ki, səy edirlər Bizim ayətlərimizi aciz etsinlər həmin onlar əzabda hazır olacaqlar.
A.Mehdiyev və D.Cəfərli:
Bizi aciz edəcəklərini sanaraq ayələrimiz(i inkar batil etməy)ə səy edən kəslər əzab üçün gətiriləcəklər.
Kövsər Tağıyev:
Ayələrimizi batil çıxarmaq üçün yarışanlar ki var, onlar əzab üçün hazır tutulacaqlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Bizi aciz edəcəklərini güman edərək ayələrimizi batil etməyə cəhd göstərənlər isə əzaba tutulacaqlar.
Sabirə Dünyamalıyeva:
ayələrimiz/işarətlərimiz/nişanələrimiz barəsində aciz qoymaq üçün [bir-biri ilə] yarışan o kəslər, əzab üçün hazır ediləcəklər.