Əlixan Musayev:
Şübhəsiz ki, Allah göylərin və yerin qeybini Biləndir. O, kökslərdə olanları da Bilir.
Bünyadov-Məmmədəliyev:
Şübhəsiz ki, Allah göylərin və yerin qeybini (gözə görünməyən sirlərini) bilir. O, ürəklərdə olanları da biləndir!
Elmir Quliyev
:
Аллах — Ведающий сокровенное небес и земли. Он ведает о том, что в груди.
Ələddin Sultanov:
Şübhəsiz ki, Allah göylərin və yerin qeybini bilir. Həqiqətən, O, qəlblərdə olanları da biləndir.
Kerbelayi Malik ağa:
Şübhəsiz ki, Allah göylərin və yerin qeybini biləndir. Şübhəsiz ki, O, sinələrdə olanı ən yaxşı biləndir.
Ələsgər Musayev:
Həqiqətən, Allah
Alimdir səmaların və ərzin qeybinə. Həqiqətən, O Alimdir
ürəklərin zatı ilə!
A.Mehdiyev və D.Cəfərli:
Həqiqətən, Allah göylərin və yerin qeybini biləndir (orada hər hansı bir şüur sahibinin fikir əhatəsindən və hislərindən gizlin olan hər şeyi bilir). Şübhəsiz, O, sinələrdə olanı da biləndir.
Kövsər Tağıyev:
Şübhəsiz, Allah göylərin və yerin qeybini biləndir. Şübhəsiz, O, qəlblərdə olanı haqqı ilə biləndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Həqiqətən, Allah göylərin və yerin qeybini biləndir. O, ürəklərin içində olanları da biləndir.
Sabirə Dünyamalıyeva:
Həqiqətən, Allah göylərdə və yerdə görünməyən, eşidilməyən, hiss edilməyə şeyləri biləndir. Heç şübhəsiz ki, O, kökslərin içindəkini çox yaxşı biləndir.