Əlixan Musayev:
Günəş də özünün qaldığı yerə axıb gedir. Bu, Qüdrətli, Bilən (Allahın) əzəli hökmüdür.
Bünyadov-Məmmədəliyev:
Günəş də (qüdrət əlamətlərimizdən biri kimi) özü üçün müəyyən olunmuş yerdə seyr edər. Bu, yenilməz qüvvət sahibi olan, (hər şeyi) bilən Allahın təqdiridir (əzəli hökmüdür).
Elmir Quliyev
:
Солнце плывет к своему пристанищу. Так предопределил Могущественный, Знающий.
Ələddin Sultanov:
Günəş də özü üçün təyin olunmuş yerdə axıb gedir. Bu, yenilməz qüvvət sahibi və hər şeyi bilən Allahın qoyduğu nizamdır.
Kerbelayi Malik ağa:
Günəş onun üçün qərarlı bir şəkildə (orbitində) axıb gedər. Bu Əziz və Alim olan Allahın təqdiridir.
Ələsgər Musayev:
Və şəms – cari olur onun üçün qərara alınmış yerə. Bu, təqdiridir Əzizin, Alimin!
A.Mehdiyev və D.Cəfərli:
Günəş də özü üçün müəyyən olunmuş qərargahına yetişmək üçün daim hərəkətdədir. (Planetlər sistemində onun seyr etməsinin) bu təqdir(i) və ölçü(sü) yenilməz qüvvət sahibi və (hər şeyi) bilən (Allah)dandır.
Kövsər Tağıyev:
Gecə də onlar üçün bir dəlildir. Gündüzü ondan çıxarırıq, onlar qaranlıq içində qalırlar.
M.Qənioğlu və T.Bilaloğlu:
Günəş isə qərar tutduğu daimi yerinə tərəf axıb gedir. Bu, qüdrətli və hər şeyi bilən Allahın hökmü ilədir.
Sabirə Dünyamalıyeva:
Öz yolunda özü üçün qərarlaşdırılan [aqibətə çatmaq] üçün axıb gedən günəş də qafil tayfa üçün bir dəlildir. Bax bu, çox güclü və hər şeyi bilən Allahın nizamıdır.