Fussilət Surəsi 38. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Əgər onlar təkəbbür göstərsələr (bilsinlər ki,) sənin Rəbbinin yanında olanlar gecə-gündüz usanmadan Onun şəninə təriflər deyirlər.
Bünyadov-Məmmədəliyev:
Əgər (müşriklər Allaha səcdə etməyə) təkəbbür göstərsələr (bilsinlər ki, bunun zərəri Allaha deyil, ancaq özlərinədir). Çünki (Ya Rəsulum!) Sənin Rəbbinin dərgahında olanlar (mələklər) gecə-gündüz usanmadan Onu təqdis edib şəninə təriflər deyərlər.
Elmir Quliyev :
Если же они возгордятся, то ведь те, кто находится возле твоего Господа, прославляют Его ночью и днем, и им это не наскучивает.
Ələddin Sultanov:
Əgər onlar təkəbbürlənsələr, (bilsinlər ki,) Rəbbinin yanındakılar (mələklər) usanmadan gecə-gündüz Onu təsbeh edirlər.
Kerbelayi Malik ağa:
Əgər onlar hələ kibirlənirlərsə, (bilsinlər ki) Rəblərinin dərgahında olanlar gecə gündüz Onu təsbeh edərlər onlar bezməzlər.
Ələsgər Musayev:
Əgər onlar təkəbbürlük etsələr, o kəslər ki, yanındadır sənin Rəbbinin, saya salırlar Onun üçün gecə ilə gündüz onlar yorulmurlar.
A.Mehdiyev və D.Cəfərli:
Buna görə əgər təkəbbür göstərsələr, (bilsinlər ki,) sənin Rəbbinin hüzurunda olan (mələklər yaxın)lar gecə-gündüz Onu pak sifətlərlə mədh edir əsla yorulmurlar.
Kövsər Tağıyev:
Əgər onlar təkəbbür göstərsələr, bilsinlər ki, Rəbbinin yanında olanlar (mələklər) gecə-gündüz heç usanmadan Onu təsbih edirlər.
M.Qənioğlu və T.Bilaloğlu:
Əgər onlar təkəbbür göstərərlərsə, (kədərlənmə bil ki) sənin Rəbbinin yanında onlar [mələklər] gecə-gündüz Onun şəninə yorulmadan təriflər deyirlər.
Sabirə Dünyamalıyeva:
Buna baxmayaraq, onlar əgər təkəbbür göstərsələr bilsinlər ki, Rəbbini yaxşı tanıyan insanlar hər zaman Onun üçün Allahı nöqsan sifətlərdən pak tutar onlar heç yorulub usanmazlar.