Əlixan Musayev:
Nəhayət, o, hüzurumuza gəldikdə (yoldaşına) deyər: “Kaş ki, mənimlə sənin aranda məşriqlə məğrib (arasındakı )uzaqlıqqədər (məsafə) olaydı. Sən nə pis yoldaş imişsən!”
Bünyadov-Məmmədəliyev:
Nəhayət, o, (qiyamət günü) hüzurumuza gəldikdə (öz yanında olan yoldaşına) belə deyər: “Kaş ki, mənimlə sənin aranda şərqlə qərb arasındakı məsafə qədər uzaqlıq olaydı. Sən nə pis yolda imişsən!”
Elmir Quliyev
:
Когда же неверующий явится к Нам, он скажет дьяволу: "Лучше бы между мной и тобой было расстояние от запада до востока! Какой же ты плохой товарищ!"
Ələddin Sultanov:
Nəhayət, o, Bizim hüzurumuza gəldiyi zaman (şeytan ona): “Kaş mən səndən şərq ilə qərb arası qədər uzaqda olaydım. Sən nə pis dostsan!” - deyər.
Kerbelayi Malik ağa:
O, sonunda (qiyamət günü) Bizə gəldiyi zaman: ‘Kaş ki mənimlə sənin məsafən iki şərq qədər uzaq olsaydı.’ dedi. Bu pis bir yaxınlıqdır.
Ələsgər Musayev:
Ta onda ki, gəldilər Bizim
yanımıza, deyər: «Ay kaş, olaydı mənim və sənin aranda
uzaqlıq iki məşriq. Pis yoldaşsan!»
A.Mehdiyev və D.Cəfərli:
Nəhayət (qəlbi kor olmuş həmin şəxs Qiyamətdə) bizim yanımıza gələn zaman (şeytanına) deyər: «Ey kaş mənimlə sənin aranda şərqlə qərb arasındakı fasilə qədər uzaqlıq olaydı, sən pis yoldaş və dostsan!»
Kövsər Tağıyev:
Nəhayət, bizə gəldikdə yoldaşına: “Kaş, mənimlə sənin aranda qərblə şərq arası qədər uzaqlıq olaydı! Sən nə pis yoldaş imişsən!” – deyər.
M.Qənioğlu və T.Bilaloğlu:
(Qiyamət günü) hüzurumuza gələndə isə o, (şeytana) deyəcək: "Kaş mənimlə sənin aranda gündoğandan günbatana qədərki uzaqlıq olaydı. Sən nə pis yoldaşsanmış!"
Sabirə Dünyamalıyeva:
Nəhayət Bizim [hüzurumuza] gəldikdə: "Kaş ki, səninlə mənim aramda şərq ilə qərb arasındakı qədər bir uzaqlıq olaydı" deyər. -Elə isə, bu, necə də pis bir yaşıddır/dostdur!-