Zariyat Surəsi 38. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Musanın əhvalatında da (ibrət) vardır. O zaman Biz onu Fironun yanına aydın bir dəlillə göndərmişdik.
Bünyadov-Məmmədəliyev:
Musanın hekayətində (bir ibrət dərsi vardır). O zaman Biz onu Fironun yanına açıq-aşkar bir dəlillə göndərmişdik.
Elmir Quliyev :
Знамение было и в рассказе о Мусе (Моисее). Вот Мы отправили его к Фараону с явным доводом.
Ələddin Sultanov:
Musanın da (hekayətində ibrətlər vardır)! Bir zaman onu açıq-aşkar bir dəlillə Fironun yanına göndərmişdik.
Kerbelayi Malik ağa:
Hz. Musada (da dəlillər vardır). Onu Firona açıq-aşkar bir sultanla (möcüzə ilə) göndərmişdik.
Ələsgər Musayev:
Musada. Onda göndərdik onu aşkar sultanlıqla Firauna tərəf.
A.Mehdiyev və D.Cəfərli:
Musanın barəsində onu aydın dəlil-sübutla (əsa nur saçan əl ilə) Fironun yanına göndərdiyimiz zaman (Bizim qəzəb qüdrətimizə dəlalət edən nişanə vardır).
Kövsər Tağıyev:
Musa qissəsində ibrət var. Bir vaxtlar biz onu açıq-aşkar bir dəlil ilə Firona göndərmişdik.
M.Qənioğlu və T.Bilaloğlu:
Musa əhvalatında da (ibrət) vardır. O zaman Biz onu Fironun yanına aydın bir dəlillə göndərdik.
Sabirə Dünyamalıyeva:
Musada da işarətlər/nişanələr vardır. Bir zaman Biz onu açıq-aşkar bir dəlillə Firona göndərdik,