Əlixan Musayev:
Yer üzündə gəzən heyvanların və (göydə) uçan iki qanadlı quşların hamısı sizin kimi ümmətlərdir. Biz Kitabda heç bir şeyi nəzərdən qaçırmadıq. Sonra onlar Rəbbinin hüzuruna toplanılacaqlar.
Bünyadov-Məmmədəliyev:
Yerdə gəzən elə bir heyvan, qanadları (iki qanadı) ilə uçan elə bir quş yoxdur ki, sizin kimi ümmətlər olmasın. (Onlar da sizin kimi bir zümrədir. Allah onlara da ruzi vermiş, əcəllərini əvvəlcədən müəyyənləşdirmişdir. Onlar da öz qabiliyyətlərinə görə Allahın vəhdaniyyətini mədh edib, şəninə tərif deyirlər). Biz Kitabda (Quranda) heç bir şeyi nəzərdən qaçırmadıq (əskiltmədik). Sonra onlar (bütün canlılar, bütün məxluqat) Rəbbinin hüzuruna cəm ediləcəkdir.
Elmir Quliyev
:
Все живые существа на земле и птицы, летающие на двух крыльях, являются подобными вам сообществами. Мы ничего не упустили в Писании. А затем они будут собраны к своему Господу.
Ələddin Sultanov:
Yer üzündəki heyvanlar da, qanadları ilə uçan quşlar da ancaq və ancaq sizin kimi ümmətlərdir. Biz kitabda (Quranda) heç bir şeyi əskik qoymadıq. Sonra (onların hamısı) Rəbbinin hüzuruna yığılacaqlar. (Yuxarıdakı ayədə digər canlıların da insanlar kimi ümmətlər olduğu və onların da sürülər halında yaşadıqları bildirilir.)
Kerbelayi Malik ağa:
Yer üzündə gəzən heyvanların və iki qanadlı quşların hamısı sizin kimi ümmətlərdir. Biz kitabda heç bir şeyi əskik buraxmadıq. Sonra Rəblərinə həşr olunacaqlar.
Ələsgər Musayev:
Yoxdur ərzdə elə bir canlı və qanadları ilə uçan quş ki, ancaq sizin kimi ümmət olmasın. Biz yaddan çıxartmadıq kitabda bir şeyi, sonra Rəblərinə tərəf toplanacaqlar.
A.Mehdiyev və D.Cəfərli:
Yer (üzün)də elə bir hərəkət edən heyvan və iki qanadı ilə uçan elə bir quş yoxdur ki, (yaradılışının hədəfi, ömür müddətinin müəyyənləşdirilməsi, nəslinin artımı və həyat tərzi baxımından) sizin kimi ümmətlər olmasınlar. Biz Öz kitabımızda (bəyan etmək baxımından Lövhi-Məhfuz kitabında və yaratmaq baxımından Təkvin kitabında) heç nəyi nəzərdən qaçırmamışıq. Sonra onlar (Qiyamət günü) hamılıqla (öldükləri yerlərdən) öz Rəbblərinə tərəf toplanılacaqlar.
Kövsər Tağıyev:
Yer üzündə gəzən hər növ canlı və (göydə) iki qanadı ilə uçaq hər növ quş, hər biri sizin kimi bir ümmətdən başqa bir şey deyil. Biz Kitabda heç bir şeyi əskik qoymadıq. Sonda hamısı toplanıb Rəblərinin hüzuruna gətiriləcəklər.
M.Qənioğlu və T.Bilaloğlu:
Yer üzərində elə bir heyvan və qanad çalaraq uçan elə bir quş yoxdur ki, sizə bənzər ümmətlər kimi olmasın. Kitabda heç nəyi nəzərdən qaçırmamışıq. Sonra onlar özlərinin Rəbbi yanına toplanılacaqlar.
Sabirə Dünyamalıyeva:
Və yer üzündə heç bir irili-xırdalı hərəkət edən canlı və iki qanadıyla uçan elə bir quş yoxdur ki, sizin kimi başçısı olan birliklər [halında] olmasın. Biz Kitabda heç bir şeyi əskik/yarımçıq qoymamışıq. Sonra onlar Rəbbinin hüzurunda bir yerə yığışacaqlar.