Tövbə Surəsi 38. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Ey iman gətirənlər! Sizə olub ki, “Allah yolunda döyüşə çıxın!”– deyildikdə yerinizdə qaxılıb qalırsınız? Olmaya, axirətdən daha çox dünya həyatından razısınız? Halbuki dünya həyatının keçici zövqü axirətlə müqayisədə çox dəyərsiz bir şeydir.
Bünyadov-Məmmədəliyev:
Ey iman gətirənlər! Sizə oldu ki, “Allah yolunda döyüşə çıxın!” deyildikdə yerə yapışıb qaldınız. Yoxsa axirətdən vaz keçib dünya həyatına razı oldunuz? Halbuki dünya malı axirət yanında (axirətlə müqayisədə) yalnız cüzi bir şeydir!
Elmir Quliyev :
О те, которые уверовали! Почему, когда вас призывают выступить в поход на пути Аллаха, вы тяжело припадаете к земле? Неужели вы довольствуетесь мирской жизнью больше, чем Последней жизнью? Но преходящее удовольствие мирской жизни по сравнению с Последней жизнью ничтожно.
Ələddin Sultanov:
Ey iman gətirənlər! “Allah yolunda döyüşə çıxın!” - deyildiyi zaman sizə oldu ki, yerə yapışıb qaldınız. Axirətin əvəzinə dünya həyatına razı oldunuz? Dünya malı axirət (nemətlərinin) yanında çox az bir şeydir.
Kerbelayi Malik ağa:
Ey amənu olanlar (Allaha təslim olmağı diləyənlər)! Sizə oldu? Sizə ‘Allah yolunda cihada çıxın (nəfsinizlə cihad edin düşmənlərinizlə, kafirlərlə cihad edin).’ deyildiyi zaman siz (olduğunuz) yerə meyl edib qaldınız (Allaha təslim olmadınız İslam ordusu içində döyüşə qoşulmadınız). Axirətdən (imtina edib) dünya həyatınamı razı oldunuz? Dünya həyatının mənfəəti (malı, faydası) axirətdən daha azdır.
Ələsgər Musayev:
Ay o kəslər ki, inanırsınız! Onda ki, sizə deyilir: «Allah yolunda çıxış edin!», üçün ərzdə ağırlıq edirsiniz? Ə, razısınız dünya həyatı ilə axirətdən? ki, mətahı dünya həyatının axirətdə ancaq azdır!
A.Mehdiyev və D.Cəfərli:
(Bu ayədən başlayaraq, daha on bir ayə Təbuk müharibəsinə rumlularla döyüşə aiddir.) Ey iman gətirənlər, sizə olub ki, «Allah yolunda (döyüş meydanına tərəf) hərəkət edin» deyildikdə, ağırlaşaraq yerə yapışırsınız? Yoxsa, axirətin yerinə dünya həyatına razı olmusunuz? Belə isə, (bilin ki,) dünyanın xeyir mənfəətləri axirət müqabilində yalnız cüzi bir şeydir.
Kövsər Tağıyev:
Ey iman edənlər! Sizə olub ki, “Allah yolunda səfərə çıxın”, deyildikdə yerə qaxılıb qaldınız. Yoxsa axirətdən əl çəkib dünya həyatınımı seçdiniz? Halbuki axirətə görə dünya həyatının faydası çox azdır.
M.Qənioğlu və T.Bilaloğlu:
Ey iman gətirənlər! Sizə olub ki, "Allah yolunda (döyüşə) tələsin!" - dedikdə ağırlaşıb yerə qısılırsınız? Məgər siz axirətdən çox bu dünya həyatından razısınız? Bu dünya həyatının ləzzəti axirətlə müqayisədə çox azdır.
Sabirə Dünyamalıyeva:
Ey iman etmiş kəslər! oldu ki, sizə Allah yolunda döyüşə çıxın deyildiyi zaman yerdə ağırlaşıb qaldınız/yerə mıxlanıb qaldınız. Axirətdən əl çəkib bəsit dünya həyatınamı razı oldunuz? Halbuki bu bəsit dünya həyatının qazancı axirətdəki ilə müqayisədə çox azdır.