Rəd Surəsi 39. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
Allah (bu yazıdan) istədiyini silər, (istədiyini də) sabit saxlayar. Kitabın anası da Onun yanındadır.
Bünyadov-Məmmədəliyev:
Allah (həmin kitabdan) istədiyi şeyi məhv edər, istədiyini sabit saxlayar (bəndələrinə aid hər hansı bir hökmü ləğv edib başqası ilə dəyişər ya onu olduğu kimi saxlayar). Kitabın əsli (lövhi-məhfuz) Onun yanındadır.
Elmir Quliyev :
Аллах стирает и утверждает то, что пожелает, и у Него Мать Писания.
Ələddin Sultanov:
Allah dilədiyini silər, (dilədiyini də) sabit saxlayar. Kitabın əsli Onun dərgahındadır. (Allah-Təala peyğəmbərlər vasitəsilə göndərdiyi dini hökmlərdən istədiyini ləğv edib onun yerinə başqa hökmlər gətirər. Dilədiyi hökmləri dəyişdirmədən sabit saxlayar. Bundan əlavə, Allah dünyada istədiyini yox edər, istədiyini isə olduğu kimi saxlayar.)
Kerbelayi Malik ağa:
Allah dilədiyi şeyi silər (dilədiyi şeyi) sabit saxlayar Ümmülkitap (ana kitab) Onun yanındadır.
Ələsgər Musayev:
Allah pozar hansını istəsə sabit saxlar yazılar anası Onun yanındadır.
A.Mehdiyev və D.Cəfərli:
Allah («məhv isbat» lövhəsində yazılmış, olacaq hadisələrdən) istədiyini məhv (bəzi hadisələri orada) dərc edir Ümmül-kitab (Lövhi-Məhfuz şeylərin sabit cəhətlərinin yazıldığı yer) Onun yanındadır.
Kövsər Tağıyev:
Allah dilədiyini silər, dilədiyini sabit saxlayar. Ana kitab (Lövhi-məhfuz) Onun yanındadır.
M.Qənioğlu və T.Bilaloğlu:
Allah istədiyi (hökmünü) pozar istədiyini təsbit edər. Kitabın əsli ancaq Onun dərgahındadır.
Sabirə Dünyamalıyeva:
Allah, istədiyini məhv edər, istədiyini yerində saxlayar. Kitabın anası; elmin mənbəyi yalnız Onun yanındadır.