Əlixan Musayev:
Sən onları işin bitmiş olacağı peşmançılıq çəkiləcək günlə qorxut! İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər.
Bünyadov-Məmmədəliyev:
(Ya Rəsulum!) Qəflətdə olanları və iman gətirməyənləri işin bitmiş olacağı (haqq-hesab çəkilib möminlərin Cənnətə, kafirlərin isə Cəhənnəmə girəcəyi) peşmançılıq günü (insanın pis əməllərinə görə peşman olacağı, lakin bu peşmançılığın heç bir fayda verməyəcəyi qiyamət günü) ilə qorxut!
Elmir Quliyev
:
Предупреди их о Дне печали, когда решение уже будет принято. Но они проявляют беспечность и не веруют.
Ələddin Sultanov:
Onları peşmançılıq günü ilə xəbərdar et! O zaman onlar qəflətdə olub iman gətirməmişkən iş bitmiş olacaq. (Yəni, hər kəs haqq-hesaba çəkiləcək və bunun nəticəsində cənnətə, yaxud cəhənnəmə gedəcək və bir-birindən ayrılmış olacaq.)
Kerbelayi Malik ağa:
Əmrin yerinə yetiriləcəyi həsrət günüylə (peşmançılıq günü) onları xəbərdar et. Onlar qəflət içindədirlər və onlar mömin deyildirlər.
Ələsgər Musayev:
Nəzərinə çatdır onların həsrət günündən. Onda ki, həll
olunar iş və onlar qəflətdədirlər və onlar inanmırlar.
A.Mehdiyev və D.Cəfərli:
(Ya Peyğəmbər!) Onları (hamını əhatə edəcək) peşmançılıq günü ilə (pislərin günahlarının peşmançılığını, yaxşıların isə itaətlərinin azlığının peşmançılığını çəkəcəkləri bir günlə) qorxut. O zamanla ki, (hesab və mühakimə) iş(i) bitər, lakin onlar qəflətdə olarlar və iman gətirməzlər.
Kövsər Tağıyev:
Qəflətdə olub iman etmədikləri üçün sən onları işin bitiriləcəyi o peşmanlıq günündən xəbərdar et.
M.Qənioğlu və T.Bilaloğlu:
Onlara peşmançılıq günü [qiyamət günü] barəsində xəbərdarlıq et. O zaman onlar qəflətdə olub (buna) inanmadıqları halda ikən iş tamam olacaqdır.
Sabirə Dünyamalıyeva:
Və sən onları, özləri cahillik, laqeydlik içində olduqları və inanmadıqları halda əmrin yerinə yetiriləcəyi o böyük peşmanlıq günü haqqında xəbərdar et!