Əlixan Musayev:
Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. O öz yanında Allahı tapar. O da onun cəzasını verər. Allah tez haqq-hesab çəkəndir.
Bünyadov-Məmmədəliyev:
(Allahın vəhdaniyyətini danan, Quranı yalan hesab edən) kafirlərin əməlləri ucsuz-bucaqsız çöldəki (səhradakı) ilğıma bənzər ki, susuzluqdan ürəyi yanan onu su bilər. Nəhayət, gəlib ona yetişdiyi zaman onun heç nə olduğunu görər. O öz əməlinin yanında ancaq Allahın cəzasını tapar. (Allah da) onun cəzasını (layiqincə) verər. Allah tezliklə haqq-hesab çəkəndir.
Elmir Quliyev
:
А деяния неверующих подобны мареву в пустыне, которое жаждущий принимает за воду. Когда он подходит к нему, то ничего не находит. Он находит вблизи себя Аллаха, который воздает ему сполна по его счету. Аллах скор в расчете.
Ələddin Sultanov:
Kafirlərə gəldikdə, onların əməlləri çöldəki ilğıma bənzəyər ki, susamış kimsə onu su zənn edər. Nəhayət, onun yanına çatdığı zaman orada heç nə tapmaz. O, öz (əməlinin) yanında Allahı görər. Allah da onun cəzasını verər. Allah tezliklə haqq-hesab çəkəndir.
Kerbelayi Malik ağa:
Kafirlərin əməlləri düz ərazidəki ilğım kimidir. Susamış olan onu su zənn etdi. Ona çatdığı zaman heç bir şey olmadığını gördü. Öz qarşısında Allahı tapar. Beləcə (Allah) onun hesabını ona tam olaraq ödədi. Allah hesabı tez görəndir.
Ələsgər Musayev:
Və o kəslər ki, kafirdirlər, əməlləri onların səhradakı sirab kimidir. Susuz olan kəs onu su hesab edər. Ta onda ki, ona yetişdi, bir şey tapa bilməz və tapar Allahı öz yanında, hansı ki, onun hesabına yetişər. Allah sürətlidir hesaba!
A.Mehdiyev və D.Cəfərli:
Kafirlərin (ibadət, sədəqə və ixtira kimi) bütün (xeyir) əməlləri hamar yerdəki ilğım kimidir ki, susuz (insan uzaqdan) onu su sayar, nəhayət (gəlib) çatanda onun (heç) bir şey olmadığını görər. (Kafirin ölümü onun həmin ilğıma çatmasıdır ki, onda bütün əməllərinin puç olduğunu görər.) Və Allahı yanında görər və O, onun (əməllərinin) hesabını tamamilə ödəyər (Allah onun yaxşılıqlarının ilğıma çevrilməsinə səbəb olan küfrünün və digər günahlarının cəzasını verər). Allah tez haqq-hesab çəkəndir (hesab günü əməllərin toplanması, zamanın keçməsi və əməl sahiblərinin çoxluğu hesabın vəd olunan vaxtda tez yerinə yetirilməsinə mane olmur).
Kövsər Tağıyev:
İnkar edənlərə gəlincə, onların əməlləri ucsuz-bucaqsız bir səhradakı sərab kimidir. Susamış kimsə onu su sanar. Yanına gəldiyi zaman heç bir şey tapa bilməz. (Eynilə bunun kimi kafir də haqq-hesab günü əməllərindən heç bir şey tapa bilməz.) Ancaq yanında Allahı tapar, Allah onu əskiksiz hesaba çəkər. Allah tez hesaba çəkəndir.
M.Qənioğlu və T.Bilaloğlu:
Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir. Susuzluqdan yanan onu su hesab edər. Ona yaxınlaşdıqda isə orada heç bir şey olmadığını görər və öz yanında Allahı tapar. O da ondan tam haqq-hesab tələb edər. Axı Allah tez haqq-hesab çəkəndir.
Sabirə Dünyamalıyeva:
Və kafirlər [Allahın məbud və rəbb olduğunu bilə-bilə inkar edən kəslər]; onların əməlləri, kimsəsiz səhradakı ilğıma bənzəyər ki, susamış kimsə onu su zənn edər, ona çatdıqda isə heç bir şey tapa bilməz. Yanında Allahı görər. Sonra da Allah onun hesabını əskiksiz ödəyər. Allah, çox tez haqq-hesab çəkər.