Əlixan Musayev:
Firon və onun əsgərləri yer üzündə haqsız yerə təkəbbür göstərdilər və elə güman etdilər ki, hüzurumuza qaytarılmayacaqlar.
Bünyadov-Məmmədəliyev:
(Firon) və əsgərləri yer üzündə nahaq yerə təkəbbür göstərdilər və elə güman etdilər ki, (öləndən sonra bir də dirilib) hüzurumuza qaytarılmayacaqlar!
Elmir Quliyev
:
Он и его воины несправедливо возгордились на земле и предположили, что они не вернутся к Нам.
Ələddin Sultanov:
O (Firon) və əsgərləri yer üzündə haqsız yerə təkəbbürlənir və bizə qaytarılmayacaqlarını zənn edirdilər.
Kerbelayi Malik ağa:
O və onun orduları yer üzündə haqsız yerə təkəbbürləndilər. Özlərinin Bizə döndərilməyəcəklərini zənn etdilər.
Ələsgər Musayev:
T?k?bburluk etdi ?rzd? o v? onun qosunu haqs?z olaraq v? z?nn etdil?r ki, Biz? t?r?f muraci?t etm?y?c?kl?r.
A.Mehdiyev və D.Cəfərli:
O və (onun) qoşunları yer üzərində haqsız yerə təkəbbür göstərdilər və elə güman etdilər ki, Bizim hüzurumuza qaytarılmayacaqlar.
Kövsər Tağıyev:
O və əsgərləri yer üzündə haqsız yerə kibrə qapıldılar və bizim hüzurumuza qaytarılmayacaqlarını zənn etdilər.
M.Qənioğlu və T.Bilaloğlu:
O və onun əsgərləri yer üzündə haqsız olaraq təkəbbür göstərdilər. Onlar Bizim hüzurumuza qayıtmayaçaqlarını güman etdilər.
Sabirə Dünyamalıyeva:
Firon özü və əsgərləri yer üzündə nahaq yerə təkəbbür göstərdilər və həqiqətən hüzurumuza qaytarılmayacaqlarına inandılar.