Rum Surəsi 39. Ayə - Bütün Tərcümələr

Əlixan Musayev:
İnsanların var-dövləti sayəsində artırmaq məqsədilə sələmlə verdiyiniz mal Allah yanında artmaz. Allahın Üzü­­ diləyərək verdiyiniz zəkata gəlincə, (bilin ki), bunu edənlər (mallarının bərəkətini) qat-qat artıranlardır.
Bünyadov-Məmmədəliyev:
(Sərvətinizin) xalqın mal-dövləti hesabına artması üçün sələmlə (faizlə) verdiyiniz malın Allah yanında heç bir bərəkəti (artımı) olmaz. Allah rizasını diləyərək verdiyiniz sədəqə (zəkat) isə belə deyildir. Bunu edənlər (dünyada mallarının bərəkətini, axirətdə isə öz mükafatlarını) qat-qat artıranlardır!
Elmir Quliyev :
Дары, которые вы преподносите, чтобы приумножить их за счет чужого богатства, не приумножатся у Аллаха. Приумножен для вас будет закят, который вы раздаете, стремясь к Лику Аллаха.
Ələddin Sultanov:
İnsanların mal-mülkü artsın deyə verdiyiniz hər hansı bir faiz Allah dərgahında artmaz. Allahın rizasını diləyərək verdiyiniz zəkata gəldikdə, bunu edənlər (mənəvi qazanclarını mallarının bərəkətini) qat-qat artıran kimsələrdir.
Kerbelayi Malik ağa:
İnsanların mallarında artım olsun deyə verdiyiniz faiz Allahın dərgahında artmaz. Allahın Vəchini diləyərək verdiyiniz zəkat beləcə qat-qat artar.
Ələsgər Musayev:
ki, əta edəsiniz ribadan, artması üçün insanların malında, artmaz o Allah yanında. ki, əta edəsiniz zəkatdan, istəyərək Allahın vəchini - həmin onlardır ikiqat artıranlar!
A.Mehdiyev və D.Cəfərli:
Xalqın var-dövləti hesabına sərvətinizin artması üçün başqasına sələmlə verdiyiniz mal Allahın yanında artmaz, zəkatdan Allahın razılığını diləyərək verdiyinizdən isə (mənfəət götürəcəksiniz). Bunu edənlər mənfəətlərini qat-qat artıranlardır.
Kövsər Tağıyev:
İnsanların malları artsın deyə faizlə hər versəniz, o, Allah qatında artmaz. Amma Allahın rizasını istəyərək zəkat versəniz, bunu edənlər savablarını qatqat artıranlardır.
M.Qənioğlu və T.Bilaloğlu:
Artırmaq məqsədilə insanlara sələmlə verdiyin malın faizi Allah yanında heç bir artım gətirməz. Allahın razılığını qazanmaq üçün verdiyiniz zəkat isə (bambaşqadır). Belələri (öz mükafatlarını) qat-qat artırmış olurlar.
Sabirə Dünyamalıyeva:
başqalarının malları içində artsın deyə sələmlə verdikləriniz, Allah yanında artmaz. Allahın rizasını diləyərək zəkatdan/vergilərdən verdikləriniz... Bax, o kəslər, qat-qat artıranlardır!